“Qalatasaray”ın sabiq futbolçusu Arda Turan üçün vida oyunu keçiriləcək
Bakı, 30 sentyabr, AZƏRTAC
Karyerasını başa vuran “Qalatasaray”ın sabiq futbolçusu Arda Turan üçün vida oyunu keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bunu İstanbul təmsilçisinin vitse-prezidenti Erden Timur klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Vida oyununun keçirilmə vaxtı hələ məlum deyil.
Qeyd edək ki, A.Turan karyerasını 35 yaşında başa vurub. O, “Qalatasaray”, “Manisaspor”, “Atletiko”, “Barselona” və “İstanbul Başakşehir”də çıxış edib. Ardanın sonuncu klubu (2020-2022-ci illər) yetirməsi olduğu “Qalatasaray” olub. O, 2006-2017-ci illərdə Türkiyə millisində 100 oyunda meydana çıxıb, 17 qol vurub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [14:09]
Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar
- 02.10.2026 [12:52]
Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq
- 02.10.2026 [12:41]
AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub
- 02.10.2026 [12:12]
UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub
- 02.10.2026 [12:07]