Qalib komanda: “AzInTelecom" kibertəhlükəsizlik üzrə liderliyini bir daha sübut etdi
Bakı, 10 oktyabr, AZƏRTAC
CIDC 2025 çərçivəsində iki gün davam edən “Ağıllı şəhərlərdə kibermüharibə yarışı" çox gərgin və maraqlı şəraitdə keçdi. “AzInTelecom" MMC həm panel iclaslarında, həm sərgidə, həm də yarışma hissəsində aktiv iştirak etdi. Komandamız “Critical Infrastructure Defense Challenge 2025” (CIDC-2025) yarışmasında uğurla çıxış edərək birinci yerə layiq görüldü. Bu, bizim üçün qürurverici nəticədir.
Bu barədə AZƏRTAC-a müsahibəsində “Critical Infrastructure Defence Challenge 2025”( CIDC-2025) kiberfestivalı çərçivəsində birinci yerə layiq görülən "AzInTelecom" MMC-nin İnformasiya Təhlükəsizliyi Departamentinin direktoru Ruslan Dadayev məlumat verib.
R.Dadayev qeyd edib ki, bu uğur “AzInTelecom”un təkcə bulud infrastrukturu və “SİMA” kimi rəqəmsal həllərin provayderi olaraq deyil, həm də kibertəhlükəsizlik sahəsində aparıcı rol oynadığını bir daha nümayiş etdirir: “Azərbaycan Telekom” hökumət buludunun provayderi və “SİMA” həllinin yaradıcı şirkəti kimi biz vətəndaşların inamını doğrulduruq. Bu yarışmada əldə etdiyimiz nəticə göstərdi ki, bizim komandamız həm texniki bilik, həm də təhlükəsizlik baxımından ən güclülərdəndir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:00]
Avropada qazın qiyməti üç həftənin ən aşağı səviyyəsinə enib
- 23.09.2026 [16:46]
Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur
- 23.09.2026 [16:19]