Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qara dəniz sualtı kabeli layihəsi regionun enerji mənzərəsini dəyişəcək - EKSPERTLƏRİN ŞƏRHİ

Qara dəniz sualtı kabeli layihəsi regionun enerji mənzərəsini dəyişəcək - EKSPERTLƏRİN ŞƏRHİ

Bakı, 28 sentyabr, Tamilla Məmmədova, AZƏRTAC

2022-ci ilin dekabrında “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması Qara dəniz regionunun yaşıl enerji dəhlizi kimi yaradılmasında dönüş nöqtəsi oldu. Bu saziş iddialı layihənin - Azərbaycanın nəhəng bərpaolunan enerji resurslarını Gürcüstan və Rumıniya vasitəsilə Avropa enerji şəbəkəsi ilə birləşdirəcək Qara Dəniz Enerji sualtı kabelinin tikintisinin əsasını qoydu.

2024-cü il sentyabrın 3-də Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın sistem operatorları - “AzərEnerji”, “Gürcüstan Dövlət Elektrosistem”, “Transelectrica”, MVM - arasında Birgə Müəssisənin Buxarest şəhərində yaradılmasını nəzərdə tutan “Səhmdar Müqaviləsi” imzalanıb. Kabel Azərbaycanda istehsal olunan yaşıl elektrik enerjisini Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya çatdırmaq, daha sonra Macarıstana və Avropanın qalan hissəsinə nəql etmək üçün nəzərdə tutulub. Layihənin tikintisi 3-4 il çəkəcək. Avropa Komissiyası layihəyə 2,3 milyard avro ayırmağı planlaşdırır.

Qeyd olunan mövzu ilə bağlı sözügedən layihədə iştirak edən ölkələrin ekspertləri öz fikirlərini AZƏRTAC-la bölüşüblər.

“Qara dəniz sualtı enerji kabeli layihəsinin (“Xəzər-Qara dəniz-Avropa” Yaşıl Enerji Dəhlizi) həyata keçirilməsi üçün birgə müəssisənin yaradılması haqqında razılaşma Azərbaycanın Mərkəzi və Şərqi Avropa ölkələri ilə əlaqələrində mühüm mərhələdir”, - deyə Macarıstanın Beynəlxalq Münasibətlər və Ticarət İnstitutunun baş elmi işçisi, professor, iqtisadçı ekspert Laslo Vasa qeyd edir. Ekspertin sözlərinə görə, bu layihə Azərbaycanın geosiyasi arenada nüfuzunun tanınmasının bariz göstəricisidir.

“Bu, kommersiya baxımından əlverişlidir və Mərkəzi Avropaya enerji idxalının şaxələndirilməsinə kömək edir. Eyni zamanda, Azərbaycanın iqtisadi diversifikasiyasını dəstəkləyir. Bu günə qədər həyata keçirilən tədbirlər öz səmərəliliyini göstərib, lakin növbəti addımlar daha aktiv olmalıdır. Təklif olunan sualtı kabel 1000 meqavat (MVt) gücü ilə ən uzun kabel olacaq. Bu güc bir milyona yaxın Avropa evini enerji ilə təmin etmək üçün kifayətdir ki, bu da layihəni Avropada əhəmiyyətli dərəcədə bərpaolunan enerji mənbəyinə çevirir”, - deyə macar ekspert vurğulayıb.

Laslo Vasanın sözlərinə görə, layihənin strateji əhəmiyyətini qiymətləndirməmək mümkün deyil: “Bu, xüsusən də, Avropanın Rusiya enerjisindən asılılığını azaltmaq üçün atdığı son addımlar fonunda enerji mənbələrini şaxələndirmək üzrə daha geniş səylərinin mühüm tərkib hissəsidir. Layihənin həyata keçirilməsi enerji təhlükəsizliyinin artmasına, istixana qazları emissiyalarının azalmasına və regional əməkdaşlığın gücləndirilməsinə səbəb olacaq”.

Bundan əlavə, ekspertin fikrincə, bərpaolunan mənbələr əsasında elektrik enerjisinin ixracı COP29-un məqsədlərinə uyğundur, ona görə də layihə, əslində, yaşıl Qarabağ və Şərqi Zəngəzur layihəsi ilə yanaşı, dünya konfransının mühüm addımlarından biri sayıla bilər.

Gürcü ekspert, “Geocase” analitik mərkəzinin rəhbəri Viktor Kipiani bildirib ki, Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniyanın müvafiq müəssisələri arasında səhmdar cəmiyyətin yaradılması haqqında sazişin imzalanması Qara dəniz sualtı enerji kabeli layihəsinin həyata keçirilməsini sürətləndirəcək.

“Nə qədər çox marşrut və mənbələrimiz olsa, bir o qədər ucuz enerji olacaq. Avropa dövlətlərinin Qafqaz bazarından enerjiyə çıxış əldə etməsi faktı, şübhəsiz ki, təchizatın diversifikasiyasına və enerjinin ucuzlaşmasına gətirib çıxaracaq”, - deyə ekspert qeyd edir.

Onun sözlərinə görə, “Xəzər-Qara dəniz-Avropa” Yaşıl Enerji Dəhlizi rəsmi Bakı və Tbilisi üçün yaşıl enerjinin inkişafında yeni imkanlar açır və Macarıstanın enerji sisteminin etibarlılığının yüksəldilməsinə təsir göstərir: “Bundan əlavə, layihə Şərqi Avropada bərpaolunan enerji sənayesinin inkişafına təsir göstərəcək. Layihə enerji resurslarının şaxələndirilməsinə və ənənəvi enerji mənbələrindən asılılığın azalmasına gətirib çıxaracaq. Bu hadisə regionun enerji mənzərəsini əhəmiyyətli dərəcədə dəyişir”.

O, həmçinin qeyd edir ki, layihənin həyata keçirilməsi Cənubi Qafqaz və Avropa Ittifaqı (Aİ) arasında elektrik enerjisi və hidrogen şəklində karbonsuzlaşdırılmış enerji ticarətini təşkil etməyə imkan verəcək.

“Zamanla kabel xətti Xəzər regionundan Aİ-yə dörd giqavata qədər yaşıl enerjinin çatdırılmasına imkan verəcək. Tbilisi bərpaolunan enerji sektorunu, xüsusilə külək və günəş enerjisini sürətlə inkişaf etdirir. Gürcüstan hazırda təqribən 4000 MVt olduğu təxmin edilən külək enerjisi istehsalının genişləndirilməsinə diqqət yetirir. Bu cür layihələr Gürcüstanın təkcə enerji tranziti ölkəsi kimi deyil, həm də Avropanın yaşıl enerji gələcəyində əsas oyunçu kimi rolunu gücləndirəcək”, - deyə ekspert əlavə edib.

Rumıniyalı ekspert Yulian Çifunun sözlərinə görə, Qara dəniz sualtı enerji kabeli layihəsi Azərbaycanla enerji təhlükəsizliyi və diversifikasiya sahəsində strateji əlaqələrin genişləndirilməsinə yönəlmiş real layihələrin bariz sübutudur.

“Avropada enerjiyə artan tələbat yeni layihələrin həyata keçirilməsinə təkan verir. Nəticədə, Azərbaycanın qabaqcıl enerji ötürücü texnologiyalarının inkişafında xüsusi rolu var. Bu, enerji təhlükəsizliyi və diversifikasiya sahəsində Azərbaycanla strateji əlaqələrimizin genişləndirilməsinə yönəlib”, - deyə ekspert qeyd edib.

Onun sözlərinə görə, bu addımlar Rumıniyanın yaşıl enerji ilə bağlı tələb olunan marjalara töhfəsini artırır: “Külək və su enerjisindən 11 000 MVt-dan çox bərpaolunan enerji istehsal edən Rumıniyanın bu yeni enerji dəhlizində əsas rolu var. Qara dəniz sualtı enerji kabeli Rumıniyadan Avropaya bərpaolunan enerji ixracını artıracaq. Rumıniyanın bu layihədə iştirakı Aİ-nin enerji mənbələrinin şaxələndirilməsinə və qalıq yanacaqlardan asılılığın azaldılmasına sadiqliyini vurğulayır. Rumıniya Qara dəniz regionundan bərpaolunan enerji üçün “qapı” rolunu oynamaqla Avropanın enerji gələcəyini təmin etməyə kömək edir”.

Ekspert əlavə edib ki, rəsmi Bakı 2030-cu ilin böyük enerji keçidinin qlobal proseslərində iştirak etmək üçün bütün səylərini göstərir və son bir neçə ildə respublika bərpaolunan enerji sektorunun inkişafında mühüm irəliləyişlər əldə edib.

“Azərbaycanın bərpaolunan enerji sektorunun inkişafı strategiyası beynəlxalq kapitalın layihələrə geniş şəkildə cəlb edilməsinə hesablanıb. Eyni zamanda, hökumət yaşıl elektrik enerjisinin ixracını maksimum artırmaqla bu səylərin bəhrəsini kommersiyalaşdıracağını gözləyir. Bu istiqamətdə ən perspektivli layihə Qara dənizin dibi ilə sualtı elektrik kabelinin çəkilməsidir”, - deyə Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyir.

İ.Şabanın sözlərinə görə, Aİ ölkələri üçün Xəzəryanı ölkələrdən də elektrik enerjisini idxal etmək vacibdir: “Aİ elektrik enerjisinin idxalına maraq göstərib ki, bu da rəsmi Brüsselin yaşıl siyasəti ilə bağlıdır. Bu siyasətə əsasən, 2040-cı ildən sonra mədən enerji ehtiyatlarından elektrik enerjisi istehsal etmək planları olmayacaq. Bir sıra Aİ ölkələri 2035-ci ildən sonra mazut, təbii qaz və kömürdən elektrik enerjisi istehsal etməmək qərarına gəliblər. Qara dəniz sualtı enerji kabeli layihəsi Avropa və Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizi yaradaraq, rabitə xidmətlərinin göstərilməsi üçün rəqəmsal infrastrukturun inkişafına mühüm töhfə vermək potensialına malikdir”.

Ekspert onu da vurğulayıb ki, Qara dənizin geosiyasi kəsişmədən yaşıl enerji “qapısına” çevrilməsi sadəcə fürsət deyil, bu, Avropanın enerji gələcəyi üçün zərurətdir.

“Aİ tərəfindən dəstəklənən Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında əməkdaşlıq bu planın həyata keçirilməsi istiqamətində perspektivli addımdır. Qara dəniz regionunun bərpaolunan enerji potensialından istifadə etməklə Avropa qalıq yanacaqlardan asılılığını azalda, enerji təchizatını təmin edə və iqlim məqsədlərinə doğru əhəmiyyətli irəliləyiş əldə edə bilər”, - deyə azərbaycanlı ekspert fikrini tamamlayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Britaniya ordusu müdafiə məqsədilə digər ölkələrin peyk siqnallarını əngəlləyir

Çin Sədrinin ABŞ-yə dövlət səfəri başlayıb

Səməd Ağırbaş: COP31 iqlim öhdəliklərini real investisiya imkanlarına çevirməlidir

“Euronews” Azərbaycan musiqi irsi ilə bağlı videosüjet hazırlayıb

Anaklaudia Rossbax: İki milyard insanın mənzil ehtiyacları üçün dayanıqlı maliyyə sistemi qurulmalıdır

Qusarda leysan və sel sularından zərər çəkən 4 fərdi yaşayış evi yenidən tikilir

Dosent: “Koroğlu” motivinin Qaşqay mühitində yaşaması ümumtürk epik yaddaşının göstəricilərindəndir

SOCAR ilə “Karpowership” arasında beynəlxalq bazarlarda birgə fəaliyyət imkanları nəzərdən keçirilib

Tatyana Molçan: Ukraynadakı müharibə Avropanın və dünyanın iqtisadi mənzərəsini yenidən formalaşdırır

Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb

Tedros Adhanom Qebreyesus: Ortaq zəifliklər bölünmə deyil, həmrəylik mənbəyinə çevrilməlidir

Migel Anxel Moratinos: Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir

Lavrov və Rubio Cənubi Qafqazdakı vəziyyət, Rusiya-ABŞ münasibətləri barədə fikir mübadiləsi aparıblar

Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib

Nyu-Yorkda 7-ci Xəzər Biznes-Forumu baş tutub

Ayxan Abbasov: Məqsəd C Liqasına qayıtmaqdır

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub

Tacikistan millisinin baş məşqçisi: Azərbaycan yığması keyfiyyətli komandadır

"Neftçi" basketbol klubu Avropa Kubokuna qələbə ilə başlayıb

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib

Türkiyənin FATF-in “boz siyahı”sına daxil edilmək riskinin olmadığı açıqlanıb

Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyununda qalib gəlib

Yəməndə köçkünlərin sayı 230 minə çata bilər

ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır

Azərbaycan səfiri etimadnaməsinin surətini Polşa Xarici İşlər Nazirliyinin Dövlət katibinə təqdim edib

Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var

Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır

Pezeşkian: ABŞ ilə danışıqlara hazırıq, amma güc dilini qəbul etmirik

Almaniya hökuməti sosial ödənişlərdən sui-istifadəyə qarşı mübarizəni gücləndirir

Qazaxda açıq ərazidə yanğın olub

Məsud Pezeşkian: Regionumuzdakı məsələlər bölgədəki ölkələr tərəfindən həll edilməlidir

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik

Bakıda Çin Xalq Respublikasının yaradılmasının 77-ci ildönümünə həsr edilmiş rəsmi qəbul olub

Azərbaycanın və Fransanın xarici işlər nazirləri qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar

Azərbaycan və Belarus konsulluq əməkdaşlığı üzrə memorandum imzalayıb

Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü qeyd olunub

Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur

Milli Məclisin sədri Birləşmiş Krallığın ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb

Bu saata olan əsas xəbərlər

Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksək Səviyyəli Görüşü keçirilir

Çinin iri şirkətləri ilə Azərbaycan arasında 50-yə yaxın birgə layihə həyata keçirilir

Almaniyanın Azərbaycandakı səfiri Milli Məclisdə olub

Azərbaycan və BQXK arasında əməkdaşlıq məsələləri diqqət mərkəzində olub

Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Fransa Martin Ryanın əfv edilməsini məmnunluqla qarşılayıb

Böyük Britaniyaya artan borclanma xərcləri və zəif iqtisadi artımla bağlı xəbərdarlıq edilib

Berlin Olimpiya Oyunlarına ev sahibliyinə namizədliyini geri götürür

Azərbaycan-Çin ticarət dövriyyəsi 2026-cı ilin ilk 7 ayında 2,6 milyard dollara çatıb

Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq

Baş nazirin müavini: Ötən il Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı 42 faiz artıb

Təhminə Bədəlova: Nizami Gəncəvi orta əsrlərdə qadının cəmiyyətdəki rolunu yüksək qiymətləndirib

Diplomat: Qarşılıqlı vizasız rejim Azərbaycan-Çin humanitar əlaqələrini intensivləşdirir

Səfir: Çinlə Azərbaycan Günəş və külək enerjisi sahəsində əməkdaşlığı genişləndirir

Dilçilik İnstitutunda I Bakı Türkoloji Qurultayına həsr edilmiş yeni kitab təqdim olunub

Lu Mey: Çin-Azərbaycan əməkdaşlığında Orta Dəhlizin əhəmiyyəti artır

Süni intellektdən təhsildə istifadənin müəyyən riskləri var – tədqiqat

Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO

Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO

Diplomat: Çin ilə Azərbaycanın ticarət və investisiya həcminin rekord göstəricilərə çatacağı gözlənilir

Səfir: Çin qlobal iqtisadiyyatın əsas mühərriki olaraq qalır

Təhlükəsizliyin yeni xəritəsi: Dövlətlər hansı təhdidlərlə üz-üzədir VİDEO

Təhlükəsizliyin yeni xəritəsi: Dövlətlər hansı təhdidlərlə üz-üzədir VİDEO

Metallurgiya sənayesinin inkişafı ölkə iqtisadiyyatının digər istiqamətləri üçün də mühüm əhəmiyyət daşıyır - ŞƏRH

Tarixçi-alim: Gəncəsər katolikosluğunun ləğvi Cənubi Qafqazda erməniləşdirmə planının tərkib hissəsi idi

Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək

Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində keçiriləcək konfransa tezis qəbulu başlayıb

Mərkəzi Bank rəsmisi Almatıda sığorta sektorunda prudensial tənzimləmənin beynəlxalq təcrübəyə uyğunlaşdırılmasından danışıb

Türkiyənin Koç Universitetinin professoru BDU-da məruzə edib

Rəqəmsal folklor folklorşünaslığın metodoloji sərhədlərini genişləndirir

Qapalı yerdəki havanın keyfiyyətini yaxşılaşdırmaq üçün effektiv vasitənin sınağı aparılıb

Azərbaycanda mis konsentratı istehsalı 5,5 dəfə, ixracı isə 14 faizədək artıb – QRAFİK

Professor: Filizçay filizinin emalı üzrə tədqiqatlarımız “AzerGold”un işlərinə fayda verə bilər

Azərbaycan ilə Mərkəzi Afrika Respublikası arasında diplomatik əlaqələr qurulur

SOCGOV 2026 - Sosial xidmətlərin gələcəyi Xankəndidə müzakirə olunacaq

İqlimşünaslar Qlobal Cənub ölkələri üçün anomal istilərin yaratdığı risklər barədə xəbərdarlıq ediblər

Azərbaycanın heyvan xəstəliklərindən azad statusunun qorunması qabaqcıl təcrübə kimi təqdim olunub

Fidan Hacıyeva: Üzeyir Hacıbəyli yaradıcılığı milli musiqimizin əvəzsiz xəzinəsidir

“.az” domenlərinə qarşı “defacement” hücumları qeydə alınıb

® “Unibank” sahibkarlar üçün Yaşıl kredit təqdim edir: illik faiz 12 faizdən başlayır

Milli Kibertəhlükəsizlik Agentliyi “Global Anti-Scam Alliance”a üzv olub

Milli Azərbaycan Tarixi Muzeyində qorunan qalxan - döyüş məqsədli silah, yoxsa saray bəzəyi?

Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib

Azərbaycan Şanxayda keçirilən “WorldSkills” yarışlarında təmsil olunur

Azərbaycan nümayəndələri İspaniyada rəqabət hüququ sahəsində beynəlxalq təcrübə ilə tanış olublar

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 12 yanvar tarixli 1717050000001700 nömrəli Qərarı ilə təsdiq edilmiş “Maliyyə institutları tərəfindən məlumat verilməli hesablar barədə hesabat”ın tərtib edilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Geoloq: Müasir peyk texnologiyaları və süni intellekt yeni faydalı qazıntı yataqlarının axtarışında mühüm imkanlar yaradır

“Araz-Naxçıvan”ın ukraynalı baş məşqçisi: İlk tapşırığımız turnir cədvəlində üst sıralara yüksəlməkdir

Avropada qazın qiyməti son üç həftənin ən aşağı səviyyəsinə enib

“İRS” beynəlxalq jurnalının özbək dilində ilk nömrəsi nəşr olunub

“Gələn kimi səni qucaqlayıb bir saat öpəcəyəm...”: Səməd Vurğunun son məktubu

Hasilatdan emala keçid: regionlarda yeni iqtisadi ekosistemlər yaranacaq ŞƏRH

Süni intellekt, akademiya və startap: Londonda çalışan azərbaycanlı tədqiqatçı ilə MÜSAHİBƏ

Əfv sərəncamının icrası təmin edilib – YENİLƏNİB VİDEO

Əfv sərəncamının icrası təmin edilib – YENİLƏNİB VİDEO

Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur

® Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir

Professor: Filizçay filizinin mürəkkəb tərkibi onun ənənəvi üsullarla zənginləşdirilməsini çətinləşdirir

Marqarita Kərimova-Sokolova: Üzeyir Hacıbəylinin irsi yaşayır, inkişaf edir və insanları davamlı olaraq birləşdirir

Milli Kitabxanada “27 Sentyabr – Anım Günü” elektron məlumat bazası təqdim edilib