“Qarabağ” bu mövsüm Premyer Liqada 50 qol vuran ilk komanda olub
Bakı, 19 yanvar, AZƏRTAC
“Qarabağ” Misli Premyer Liqasının 2024/2025-ci illər mövsümündə 50 qol vuran ilk komanda olub.
Peşəkar Futbol Liqasından AZƏRTAC-a verilən məlumata görə, Ağdam klubunun yubiley topu XIX turun “Şamaxı” ilə ev matçına (3:2) təsadüf edib. 50-ci qol Cəlal Hüseynovun avtoqolu ilə gerçəkləşib.
Əlli qol üçün “Qarabağ”a 19 matç kifayət edib. Bu, son 21 mövsümün rekordunun təkrarıdır. Ağdam klubu 2 il əvvəl – 2022/2023-cü illər mövsümündə də 50-ci qolunu 19-cu oyununda vurub.
Ölkə çempionatları tarixində isə 10-cu dəfə bir komanda 50 qol səddinə 19 və ya daha az oyunda çatır. Mütləq rekord 1996/1997-ci illər mövsümündə qeydə alınıb. “Neftçi” 50-ci qolunu 13-cü turda vurub. “Kəpəz” 15-ci (1995/1996) və 16-cı (1998/1999) oyununda “100”ü yarılayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [19:15]
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
- 07.08.2026 [17:05]
“Zirə” Namik Ələskərovla yollarını ayırıb
- 07.08.2026 [15:55]
Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV
- 07.08.2026 [15:19]
“Fənərbağça”nın sabiq futbolçusu Superliqa klubuna keçib
- 07.08.2026 [13:43]
“Şəfa” təlim-məşq toplanışını məğlubiyyətsiz başa vurub
- 07.08.2026 [13:32]
“Mançester Yunayted” türkiyəli qapıçını icarəyə verib
- 07.08.2026 [13:12]