Azərbaycan Dövlət İnformasiya Agentliyi

QARABAĞ ERMƏNİSTANIN OVCUNUN İÇİNDƏ KÖZƏRƏN KÖMÜRƏ BƏNZƏYİR

Berlin, 10 dekabr (AZƏRTAC). Dekabrın 3-də Ermənistanın 7or.am onlayn nəşrində erməni analitiki Andrias Qukasyanın “Erməni siyasətçilərinin “təmənnasızlığı” və “romantizmi” Qarabağ münaqişəsinin tənzimlənməsi metodu kimi” sərlövhəli maraqlı bir məqaləsi yayılmışdır. Məqalə müəllifi dəfələrlə qeyd edir ki, Ermənistan Azərbaycanın Dağlıq Qarabağla birlikdə ərazi bütövlüyünü formal cəhətdən bir neçə dəfə tanımışdır. Həmin məqalənin özü ilə aşağıdakı istinad əsasında tanış olmaq mümkündür:
Eyni zamanda, məqalədə şərh və izahat tələb edən bəzi arqumentlər vardır. Məsələn, Qukasyan hesab edir ki, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü formal baxımdan dəfələrlə tanıması və onun 1975-ci il Helsinki Yekun Aktına qoşulması hüquqi nəticələr doğura bilməz, çünki onun fikrincə, keçmiş SSRİ məkanında yeni yaranmış müstəqil dövlətlərin özləri “qanunsuz doğulmuş” uşaqlara bənzəyir. Deməli, onların bütün sonrakı fəaliyyətinin də hüquqi qüvvəsi yoxdur. Bu məqamda sitat gətirməyəcəyik - Qukasyanın mülahizələri və onun öz fikrini necə əsaslandırması ilə məqalənin özündə tanış olmaq mümkündür. Öz tərəfimizdən yalnız onu qeyd edək ki, SSRİ buraxılandan sonra müttəfiq respublikaların mövcudluğuna avtomatik olaraq xitam verilməsi və bunun nəticəsində həmin müttəfiq respublikaların yerində müstəqil dövlətlər elan edilməsinin və onların yeni qisimdə həyata keçirdiyi bütün fəaliyyətin qanuniliyinin itirilməsi haqqında tezis hər hansı tənqid qarşısında tamamilə acizdir. Qukasyan belə bir təkzibedilməz tarixi faktı nəzərə almır ki, respublikaları İttifaq yaratmamışdır, əksinə, 1922-ci ildə respublikalar İttifaqı aşağıdan yaratmışdılar. Zaqafqaziyada (Cənubi Qafqazda) sovet respublikaları 1920-1921-ci illərdə (indiki halda onların hansı hadisələr nəticəsində, hansı xarici və ya daxili amillərin təsiri altında yaranmasının əhəmiyyəti yoxdur), Belarusda, Rusiyada və Ukraynada isə daha əvvəl yaranmışdır. SSRİ isə xeyli sonra - 1922-ci il dekabrın 30-da, özü də artıq hazır, “saflaşdırılmış” və “qablaşdırılmış”, formal baxımdan müstəqil olan sovet respublikaları tərəfindən yaradılmışdır.
Yeri gəlmişkən, Qafqaz Bürosunun 1921-ci ilin iyul ayında Qarabağ barəsində qərarı da sovet respublikaları tərəfindən SSR İttifaqının təsis edilməsindən əvvəl qəbul olunmuşdu. Yəni, hələ o vaxt Qarabağ Azərbaycanın tərkib hissəsi kimi tanınmışdı və Azərbaycan SSRİ-yə Qarabağla BİRLİKDƏ” daxil olmuşdu.
Buna görə də 1991-ci ilin dekabrında respublikalar özlərinin yaratdığı SSRİ-ni buraxmaqda tamamilə haqlı idilər və bu halda 1922-ci il dekabrın 30-na qədər mövcud olduqları şəkildə, yəni müstəqil (1920-ci illərdə bu müstəqillik formal olsa da) respublikalar şəklində mövcudluqlarını davam etdirə bildilər.
Bu ittifaq ailə cütlüyünü xatırladır. “Cəmiyyətin özəyi” parçalandıqda keçmiş ər-arvad fiziki şəxslər kimi, insanlar kimi mövcud olmaqda davam edir. Deməli, 1991-ci ilin dekabrında suveren respublikaların dünyaya gəlməsi (daha dəqiq desək, onların əvvəlki müstəqil statusuna qayıtması) tamamilə legitim qərar idi və bu qərar respublikaların rəhbərlərinin şəxsində həmin respublikaların özləri tərəfindən qəbul edilmişdir. Onların bütün hərəkətləri, o cümlədən Ermənistan tərəfindən istər Azərbaycan SSR-in, istərsə də Azərbaycan Respublikasının ərazi bütövlüyünün tanınması, habelə Ermənistanın Helsinki Aktına, BMT-nin nizamnaməsinə, MDB-nin nizamnaməsinə və digər beynəlxalq sənədlərə qoşulması qanunidir.
Görünür, Qukasyan uti possidetis juris prinsipi ilə tanış deyil. BMT-nin insan hüquqlarının müdafiəsi üzrə altkomissiyasının üzvü A.Eyde (Asbjörn Eide) göstərirdi ki, “BMT çərçivəsində istər keçmiş SSRİ-də, istərsə də keçmiş Yuqoslaviyada müttəfiq respublikaların sərhədləri etnik məskunlaşma əsasında deyil, uti possidetis juris prinsipi əsasında müəyyən edilməlidir. Bu o deməkdir ki, əvvəllər federasiyanın müttəfiq respublikalarının sərhədləri kimi mövcud olmuş sərhədlər indi yeni sərhədlər hesab edilməlidir” (bax: T.Musayevin məqaləsində 16 nömrəli istinad - A.Eide. Territorial integrity of States, minority protection and guarantees for autonomy arrangements: approaches and roles of the United Nations. Local self-government, territorial integrity and protection of minorities. - Council of Europe Publishing, 1996. - p. 282.)
 Bunun əvəzinə Qukasyan heyrətlənir: “ATƏT üzvü olan dövlətlər 1992-ci ildə Azərbaycanın Azərbaycan SSR sərhədləri daxilində ərazi bütövlüyü hansı hüquqi əsaslara görə tanıdıqlarını aydınlaşdırmayınca Dağlıq Qarabağın siyasi statusunun müəyyən edilməsi məsələsi Azərbaycanın razılığından asılı ola bilməz və deməli danışıqların mövzusu ola bilməz”. Onun sualına cavab verirəm: beynəlxalq hüququn uti possidetis juris prinsipi üzrə, həmin prinsipə görə müttəfiq respublikaların sərhədləri artıq qərarlaşmış hesab edilir və ermənilərin məskunlaşdığı Dağlıq Qarabağ və azərbaycanlıların məskunlaşdığı Zəngəzur, Şərqi Göyçə, Amasiya, Vedibasar və digər ərazilər, müvafiq şəkildə, Azərbaycanın və Ermənistanın tərkibində qalmışdır.
Onu da qeyd etmək yerinə düşər ki, erməni politoloqları, o cümlədən Qukasyan Qarabağ separatizminin legitimliyini əsaslandırmağa cəhd göstərərək müxtəlif arqumentlər uydurur və bu halda özlərinə sərf etdiyi üçün onu nəzərə almırlar ki, həmin arqumentlər demək olar ki, hər bir halda ikimənalı olur. Hətta 15 müstəqil postsovet respublikasının qeyri-legitim olması və onların imzaladığı Helsinki Aktının hüquqi qüvvəyə malik olmaması barədə Qukasyanın haqlı olduğunu fərz etsək belə, bu, təkcə Azərbaycana deyil, eyni dərəcədə Ermənistanın özünə də aid olmalıdır. Belə olan təqdirdə SSRİ dağılandan sonra, Qukasyanın məntiqinə görə, təkcə sovet qanunları öz qüvvəsini itirməklə kifayətlənmədən belə hesab etməliyik ki, Ermənistan SSR-in yerində bugünkü Ermənistan Respublikasının indiki sərhədlər daxilində yaradılmasının da heç bir hüquqi qüvvəsi olmamışdır. Axı, Qukasyanın arqumentlərini Ermənistanın özünə tətbiq etsək, belə çıxır ki, Ermənistan Respublikasının ərazisi və sərhədləri Ermənistan azərbaycanlılarına “zorla qəbul etdirilmişdir”, bu gün onlara Ermənistan ərazisinin demək olar ki, üçdə bir hissəsini təşkil edən sahədə (Zəngəzur, şərqi Göyçə, Amasiya, Vedibasar və s.) “unikal etnik-mədəni region” statusu məsələsini həll etmək hüququ verilməlidir. Bu halda yaddan çıxarmaq olmaz ki, SSRİ buraxılan anda Ermənistandan olan azərbaycanlı qaçqınlar Ermənistanda daimi yaşayış ünvanları üzrə qeydiyyata alınmış SSRİ vətəndaşları kimi qalmaqda davam edir və deməli, ən azı texniki cəhətdən bu respublikanın əhalisinin bir hissəsi hesab edilir və Qukasyanın arqumentinə görə, onların məskunlaşdığı “etnik-mədəni regionun” gələcək statusunu müəyyən etmək hüququna malikdirlər. Yenə də Qukasyanın fikrincə, SSRİ dağılandan sonra bütün sovet qanunları və qərarları, o cümlədən 1948-51-ci illərdə azərbaycanlıların Ermənistandan sürgün edilməsi haqqında qərar öz qüvvəsini itirirdisə, onda bugünkü Ermənistan sovet hakimiyyəti illərində həmin respublikadan qovulmuş azərbaycanlıların xələfləri ilə birlikdə ümumiyyətlə demoqrafik baxımdan yarı azərbaycanlı ola bilər və hətta başqa cür adlandırıla bilər.
Qukasyan məqaləsinin bir yerində hətta yazır: “SSRİ dağılan vaxt Ermənistan təkcə Dağlıq Qarabağın mənafelərinə xəyanət etməmiş, həm də erməni xalqının BMT nizamnaməsi ilə qorunan öz müqəddəratını sərbəst təyin etmək hüququnu pozmuşdur”. Lakin o, yenə nəzərə almır ki, öz müqəddəratını sərbəst təyin etmək hüququ bir qismi Ermənistan SSR ərazisində yaşayan Azərbaycan xalqına da məxsus idi.
Buna görə də erməni politoloqları Qarabağ separatizmini legitimləşdirmək məqsədi güdən arqumentlər irəli sürərkən öz dəlillərinin doğma respublikalarına qarşı bumeranq effekti ilə üzləşməmək üçün bir qədər ehtiyatlı olsalar yaxşıdır.
Qukasyan daha sonra yazır: “Qarabağ münaqişəsinin ATƏT formatında tənzimlənməsi elə ilk gündən düyünə düşmüşdü, çünki bu münaqişənin hüquqi əsaslarla həll edilməsi üçün ya Dağlıq Qarabağ könüllü olaraq Azərbaycanın tərkibində qalmağa razılıq verməli, ya da Azərbaycan Dağlıq Qarabağın ondan ayrılmasına könüllü razılıq verməlidir. Burada hər hansı kompromis variant tapılması əvvəlcədən qeyri-mümkündür”.
Məsələ bir qədər başqa cürdür - ATƏT normalarına görə Dağlıq Qarabağın Azərbaycanın tərkibində olmasına onun heç bir “könüllü razılığı” tələb olunmur, üstəlik, onun buna razı olub-olmadığı soruşulmur, çünki o, qeyd-şərtsiz Azərbaycanın tərkib hissəsidir və bütün dünyada bu qisimdə tanınmışdır - istəyir lap otuz min dəfə buna razı olmasın. Axı, Udmurtiyanın və ya Xantı-Mansiysk regionunun RF tərkibində olmasına razılığını heç kəs soruşmur. Azərbaycanın tərkibindən çıxmaq istəyini bildirmiş regionu sərbəst “buraxmaq” barədə Bakının razılığı soruşula bilər və mərkəzi hökumət (indiki halda Bakı) bu və ya digər razılıq almaq üçün sorğu göndərilə biləcək yeganə ünvan sahibidir. Odur ki, erməni politoloqu hətta ATƏT-in ifrat liberal normaları mövqeyindən yanaşdıqda belə Qarabağın səlahiyyətlərini bir qədər şişirtmişdir.
Qukasyan yazır: “Qarabağ münaqişəsinin tənzimlənməsinə dair Madrid prinsiplərinin məntiqi belə bir prinsipə əsaslanır ki, Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalmaq və ya onun tərkibindən çıxmaq qərarı Qarabağ xalqı tərəfindən qəbul edilməlidir. Dağlıq Qarabağda referendum keçirilməsinin ilkin şərti erməni qoşunlarının tutduğu mövqelərdən çıxarılması və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasıdır”. O, yenə səhv edir. İndiki halda Ermənistan cəmiyyətində kök salmış stereotip açıq şəkildə bəyan edilir. ABŞ dövlət departamentinin saytında dərc edilmiş, Madrid prinsiplərinin detallarının göstərildiyi sənədin diqqətlə öyrənilməsi göstərir ki, həmin münaqişənin Azərbaycanın ərazi bütövlüyu çərçivəsində həll edilməsi nəzərdə tutulur və ərazi bütövlüyü heç bir şərtlə, hətta vilayətin qəti statusu məsələsinə dair rəy sorğusunun yekunlarına görə də, pozula bilməz. Həmin sənəddə yazılmışdır: “Gələcəkdə Dağlıq Qarabağın qəti hüquqi statusunun hüquqi öhdəliklər müəyyən edən iradənin ifadəsi yolu ilə müəyyən edilməsi”. Sənəddə ərazi bütövlüyü prinsipinin adı açıq-aşkar çəkilmişdir, öz iradəsini bildirmək haqqında bənd isə, sitatdan göründüyü kimi, olduqca amorf şəkildə qeyd edilmişdir. Həmin sənəddə “referendum”, “səsvermə” sözləri yoxdur, qeyri-müəyyən “iradənin ifadəsi” (expresion of will) sözləri vardır. Özü də bu tədbirin harada və kimlərin arasında - təkcə Dağlıq Qarabağda, yoxsa bütün Azərbaycanda keçiriləcəyi (ölkə Konstitusiyası referendumun bütün Azərbaycan üzrə keçirilməsini tələb edir və onu heç kəs dəyişməyəcəkdir), habelə hansı formatda və hansı model üzrə “majoritar Kvebek modeli” və ya icmalardan birinin veto hüququna malik “ikiicmalı Kipr modeli” üzrə keçiriləcəyi məlum deyildir. Aydın olmayan məqamlar çoxdur və zənnimcə, bu, bilərəkdən edilmişdir. Yəni, iradə ifadə etmək haqqında bənddə spekulyasiyalar üçün diapazon çox genişdir, halbuki ərazi bütövlüyünün birmənalı şəkildə xatırladılması öz müqəddəratını təyin etməyin hüdudlarını dəqiq göstərir.
Buradan belə nəticə çıxır - səsvermə keçiriləcəkdir, lakin həmin səsvermə mahiyyət etibarilə müstəqillik haqqında referendum ola bilməz. Sənəddə “müstəqillik” sözü yoxdur, amma “ərazi bütövlüyü” ifadəsi vardır. Məlum olduğu kimi, bunlardan biri digərini istisna edir. Deməli, səsvermə bülletenində sual elə ifadə ediləcəkdir ki, Azərbaycanın ərazi bütövlüyünün pozulması istisna olunsun. Beləliklə, həm öz müqəddəratını təyin etməyə nail olunacaq, həm də Azərbaycanın dövlət sərhədləri dəyişilməz saxlanacaqdır. Bu, həmin iki prinsipin ağlabatan şəkildə əlaqələndirilməsi deməkdir. Əks təqdirdə müstəqillik haqqında referendum ilk növbədə, Madrid prinsiplərinin özünün və elə orada adı çəkilən Helsinki Yekun sənədinin pozulması demək olacaqdır. Buna görə də cənab Qukasyana (həmçinin REGNUM informasiya agentliyinin nümayəndəsi Stanislav Tarasova) məsləhətimiz budur ki, belə illüziyalardan tezliklə əl çəksinlər və elə bu başdan Ermənistan cəmiyyətini və öz oxucularını (həmçinin özlərini də) hazırlamağa başlasınlar ki, Madrid prinsiplərinə əsasən Ermənistan-Azərbaycan münaqişəsinin “müstəqillik haqqında referendum müqabilində ərazilərin azad edilməsi” formulu üzrə deyil, başqa məcrada - “Azərbaycanın tərkibində muxtariyyət dərəcəsinin müəyyən edilməsi müqabilində ərazilərin azad edilməsi” formulu üzrə həlli nəzərdə tutulmuşdur. Bu, nə mənim istəyimdir, nə də arzu ediləni gerçəklik kimi qələmə vermək cəhdi. Bu, dərc edilmiş sənədin adi insan məntiqi çərçivəsində sayıq və soyuqqanlı təhlilinin nəticəsidir.
Yeri gəlmişkən, Ermənistanda da bu nəticəyə gəlməyə başlayırlar. Ermənistan Milli Konqresinin (EMK) bəyanatında deyilir: “Ərazi bütövlüyü və təyini-müqəddərat hüququ prinsiplərinin eyni vaxtda tətbiq edilməsi o deməkdir ki, Dağlıq Qarabağın muxtariyyət statusu nə qədər yüksək olsa da, o, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində gerçəkləşəcəkdir, yəni, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi olacaqdır”. Biz bu bəyanat məsələsinə hələ qayıdacağıq. Özü də burada söhbət Ermənistan müxalifətinin bu gün qələmə verməyə çalışdığı kimi Ermənistan rəhbərliyinin “satqın” və “qeyri-peşəkar” olmasında deyil, “miatsum” avantürasının özünün çürük olmasındadır. Ermənistana hətta Uinston Çörçill rəhbərlik etsə də, son nəticədə Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalması labüddür! Artıq başa düşmək lazımdır ki, Madrid prinsipləri “miatsum”un tabutuna vurulan mismardır!
Dağlıq Qarabağa bitişik yeddi rayonun azad edilməsi məsələsinə müəllifin qəribə yanaşması vardır. Onun fikrincə bu, “Azərbaycanın Dağlıq Qarabağla birbaşa, Dağlıq Qarabağ xalqını Azərbaycanın tərkibində qalmağa dinc yolla inandırmaq üçün, maddi zəmin yaradılmasına yönəlmiş siyasi və iqtisadi əlaqələr yaratması üçün Azərbaycana fora verilməsi” olacaqdır. Bu, növbəti illüziyadır. Dağlıq Qarabağın erməni administrasiyası ilə söhbət aparan Bakı deyil, Dağlıq Qarabağın azərbaycanlı icmasının administrasiyası olacaqdır, çünki onlar bərabər hüquqa malik olan iki subyektdir. Bu, Bakının prinsipial mövqeyidir: “Siz qarabağlısınız öz taleyinizi də özünüz həll edin, lakin Azərbaycan Konstitusiyasını pozmamaq şərti ilə. Birgə qərara gələndən sonra mərkəzi hökumətə müraciət edərsiniz. Təyini-müqəddəratın və ərazi bütövlüyünün əlaqələndirilməsi elə budur”.
Qukasyan Ermənistanın indiki rəhbərliyinin üzləşdiyi dilemma barədə yazır: “Madrid prinsipləri əsasında tərtib edilmiş çərçivə sazişini imzalamaq Serj Sarkisyan üçün 1991-ci il dekabrın 10-da Dağlıq Qarabağda keçirilmiş müstəqillik məsələsinə dair referendumun hüquqi qüvvəyə malik olmaması və saxta olmasını şəxsən etiraf etmək deməkdir”. Dağlıq Qarabağda keçirilmiş qondarma referendumun həqiqətən heç bir hüquqi nəticəsi olmamışdır və Sarkisyanın çərçivə sazişini imzalayıb-imzalamayacağından asılı olmayaraq həmin “referendum” fiksiya kimi qalacaqdır. Həmin məsələ bu sətirlərin müəllifinin iki məqaləsində ətraflı təhlil edilmişdir:
Bizi daha çox maraqlandıran başqa məsələdir - Qukasyanın məqaləsinin məhz indi dərc edilməsi təsadüfdürmü? Bizə belə gəlir ki, heç də təsadüfi deyildir. Əvvələn, xatırlayaq ki, ATƏT üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) bu il dekabrın 1-2-də Afinada keçirilmiş görüşündə qəbul edilmiş sənəddə Helsinki Aktı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün hüquqi əsas kimi təsbit olunmuşdur. Ermənistan, Azərbaycan və ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin xarici işlər nazirlərinin bəyanatında deyilir: “Nazirlər qalan məsələlərin həlli üçün və xüsusən güc tətbiq edilməməsi, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmək hüququ barədə Helsinki Yekun Aktının prinsiplərinə əsaslanan sazişə nail olmaq üçün intensiv iş aparmaq əzmində olduqlarını növbəti dəfə bəyan etmişlər”. ATƏT XİNŞ-in Afinada keçirilmiş son görüşünün münaqişənin dinc yolla tənzimlənməsinin gedişinə təsirini erməni ekspert Tatul Akopyan özünün “Mayndorfdan Afinaya qədər: aşkar görünəni görməzliyə vuranda” adlı məqaləsində kifayət qədər düzgün qiymətləndirmişdir. Lakin məqalənin sonunda o, Dağlıq Qarabağ üçün “heç nə ilə məhdudlaşdırılmayan təyini-müqəddərat” barədə qeyri-real ümidini ifadə etmişdir. Bu, ilk növbədə Helsinki Aktına əsaslanan Madrid prinsiplərinin özünün pozulması demək olardı. Axı aydındır ki, heç kəs Helsinki sənədinə yenidən baxmayacaqdır və Madrid prinsipləri təzələnəcəyi halda heç kəs həmin prinsiplərin yeni redaksiyasını Helsinki Aktının çərçivəsindən kənara çıxarmayacaqdır. Başqa sözlə desək, hər bir halda bu münaqişə məhz həmin beynəlxalq sənəd əsasında tənzimlənməlidir. Fikrimizcə, məhz bu zərurət, eləcə də Helsinki sənədinin müddəalarını dəyişməyin qeyri-mümkünlüyünün dərk edilməsi erməni politoloqlarını ümidsiz bir addım atmağa - Ermənistanın ATƏT-ə daxil olmasının və onun Helsinki Aktına qoşulmasının qeyri-legitim olmasını elan etməyə, bununla da özlərini təmizə çıxarmaq cəhdinə sövq etmişdir.
İkincisi, son bir neçə həftədə Ermənistanda iqtidarpərəst qüvvələrin və müxalifətin “miatsum” ideyalarına xəyanətdə və Azərbaycanın ərazi bütövlüyünü tanımaqda qarşılıqlı ittihamları indiyə qədər görünməmiş dərəcədə kəskinləşmişdir. Levon Ter-Petrosyan bu ilin avqust ayında demişdir: “Soyqırımı məsələsini əldən verdilər, Qarabağı da verəcəklər, bundan sonra indiki hakimiyyət onlara (Qərbə) daha lazım olmayacaq”. Ter-Petrosyan “necə yəni, deməli, Qarabağı verəcəklər” sualına belə cavab vermişdi: “Artıq veriblər!”. İqtidar bunun cavabında Ter-Petrosyanın 1992-ci il martın 5-də “Komsomolskaya pravda” qəzetinə müsahibəsini yada salmışdır. Bildirilir ki, keçmiş prezident həmin müsahibədə Qarabağın Azərbaycanın tərkibində muxtariyyət statusuna razılıq vermişdir. Sabiq prezidentin tərəfdarlarının cavab reaksiyasını çox gözləmək lazım gəlməmişdir. Əvvəlcə Ermənistanın keçmiş xarici işlər naziri, EMK üzvü Aleksandr Arzumanyan belə bir müsahibə verilməsini təkzib etmiş və bütün ittihamları “yalan” adlandırmışdır. “Mənə həmin qəzetin surətini yox əslini göstərin,” - deyə tələb edən A.Arzumanyan onu da əlavə etmişdir ki, Şavarş Koçaryanın həmişə dediyi qəzetin yeganə nüsxəsini o artıq yemişdir”. AMK yeyilmiş qəzet haqqında xəbərlə eyni vaxtda bəyanat yayaraq uzaqgörənliklə bildirmişdir ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi olacaqdır və Koçaryan-Sarkisyan tandemi bir sıra beynəlxalq sənədləri imzalamaqla Azərbaycanın ərazi bütövlüyünü dəfələrlə tanımışdır. Müxalifətçilərin fikrincə, Ter-Petrosyanın hakimiyyətdə olduğu illərdə belə şey ola bilməzdi. Həmin bəyanatda deyilir: “Ermənistan ilk dəfə olaraq rəsmən razılıq vermişdir ki, Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tənzimlənsin. İndiki halda xalqların öz müqəddəratını təyin etmək hüququnun tənzimləmə prinsipləri sırasına daxil edilməsi Ermənistanın öz mövqelərini əldən verməsini əsla yumşaltmır və onun əvəzini vermir… Beləliklə, Ermənistan Qarabağ probleminin elə tənzimlənməsinə razılıq vermişdir ki, bu, Dağlıq Qarabağın müstəqilliyinin beynəlxalq aləmdə tanınması barədə hər hansı perspektivlərin üstündən qələm çəkir”. Daha sonra vurğulanır: “Hadisələrin bu cür inkişafının qarşısı hələ 1992-ci ildən başlayaraq ardıcıl şəkildə alınırdı. Həmin ildə ATƏT-in üzvü olmuş Ermənistan beynəlxalq sənədlərdə Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tənzimlənməsini nəzərdə tutan hər hansı ifadənin və ya müddəanın olmasına yol verməmək üçün özünün veto hüququndan həmişə istifadə etmişdir. 1996-cı ildə ATƏT-in Lissabon sammitində Dağlıq Qarabağın təyini-müqəddərat hüququnu Azərbaycanın sərhədləri ilə məhdudlaşdırmağa cəhd ediləndə Ermənistan prezidenti Levon Ter-Petrosyan misli görünməmiş beynəlxalq təzyiqə və ATƏT-in üzvü olan bütün başqa ölkələrin mövqeyinə rəğmən bu müddəa barəsində veto hüququnu tətbiq etmişdir”.
Nəhayət, Andrias Qukasyanın geniş məqaləsi meydana çıxır. Bu məqalədə Qarabağın təhvil verilməsi və Azərbaycanın ərazi bütövlüyünün tanınması barədə ittihamlar yenə ölkənin birinci prezidentinə üstünə yıxılır.
Bütün bu qarşılıqlı ittihamlardan belə təsəvvür yaranır ki, Ermənistan iqtidarı və müxalifəti Qarabağı onların əlini yandıran közərmiş kömür hesab edir, ondan mümkün qədər tez yaxa qurtarmağa və Azərbaycanın ərazi bütövlüyünün tanınmasına görə məsuliyyəti öz siyasi əleyhdarlarının boynuna yıxmağa çalışırlar. Aydındır ki, hər iki tərəfin məqsədi eynidir: Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin və “miatsum” deyilən avantüranın puç olmasını gec də olsa başa düşdükləri üçün öz simasını qoruyub saxlamaq və mənəvi məsuliyyətdən yaxa qurtarmaq.
Bu zaman çərçivə sazişini kimin imzalayacağı və qoşunların Dağlıq Qarabağdan və Azərbaycanın digər yeddi rayonundan çıxarılması haqqında əmri kimin verəcəyinin heç bir əhəmiyyəti yoxdur.
 
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Messinin vida matçı Argentinanın Benin üzərində qələbəsi ilə başa çatıb

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib

Vens: İran nüvə proqramı ilə bağlı konkret addımlar atmalıdır

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb