İDMAN
“QARABAĞ” HEYƏTİNİ ÜÇ YERLİ FUTBOLÇU İLƏ GÜCLƏNDİRDİ
AZƏRTAC xəbər verir ki, futbol üzrə Azərbaycan kubokunun qalibi “Qarabağ” klubu Qax rayonunda keçirdiyi təlim–məşq toplanışının birinci mərhələsini başa vurmuşdur. Bu il ölkəmizi UEFA kuboku turnirində təmsil edəcək klub, heyətini gücləndirmək məqsədi ilə “Karvan”dan Kənan Kərimov və Samir Abbasovla, “Gəncə”dən isə Xaliq Mərdanovla müqavilə bağlamışdır.
Baş məşqçi Böyükağa Ağayevin yetirmələri mötəbər turnirə hazırlığın ikinci mərhələsini iyunun 27-dən Türkiyədə davam etdirəcəklər. Burada təlim-məşq toplanışı çərçivəsində, bir neçə yoldaşlıq görüşünün keçirilməsi də nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [17:50]
“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib
- 07.05.2024 [16:50]
Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq
- 07.05.2024 [16:48]
İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
- 07.05.2024 [16:22]
“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub
- 07.05.2024 [16:14]
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
- 07.05.2024 [15:23]