“Qarabağ” “Kəpəz”lə çempionatdakı oyunlarda 100-cü qolu vurub
Bakı, 19 may, AZƏRTAC
“Qarabağ” “Kəpəz”lə çempionatdakı oyunlarda 100-cü qolu vurub.
AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XXXV turuna təsadüf edib.
Leandro Andradenin qolu qərblilərlə matçlardakı 100-cü top olub. “Qarabağ” Gəncə təmsilçisi ilə 61-ci qarşılaşmada qol sayında üçrəqəmli ədədə çatıb.
Bu, 1992-ci ildən keçirilən ölkə çempionatlarında 7-ci belə cütdür ki, rəqiblərdən biri digərinə 100 və ya daha çox qol vurub. Onlardan 5-i “Qarabağ”ın hesabındadır.
Eyni rəqibə 100 və ya daha çox qol vuranlar:
1. “Qarabağ” – 140 qol (“Neftçi”yə)
2. “Qarabağ” – 126 qol (“Sumqayıt”a)
3. “Neftçi” – 124 (“Şamaxı”ya)
4. “Qarabağ” – 114 (“Şamaxı”ya)
5. “Qarabağ” – 104 (“Qəbələ”yə)
6-7. “Neftçi” – 102 (“Kəpəz”ə)
“Qarabağ” – 102 (“Kəpəz”ə)
Qeyd edək ki, “Qarabağ” - “Kəpəz” oyunu 3:0 hesabı ilə başa çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [14:24]
Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib
- 28.09.2026 [14:16]
Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır
- 28.09.2026 [13:07]
Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub
- 28.09.2026 [13:00]
Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək
- 28.09.2026 [12:39]
Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb
- 28.09.2026 [12:26]
Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var
- 28.09.2026 [12:18]