“Qarabağ” mövsümə üçüncü dəfə böyük hesablı qələbə ilə başlayıb
Bakı, 12 avqust, AZƏRTAC
“Qarabağ” Azərbaycan Premyer Liqasının 2024/2025-ci il mövsümünə üçüncü dəfə böyük hesablı qələbə ilə başlayıb.
AZƏRTAC Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda “Araz-Naxçıvan”a 4:1, “Kəpəz”ə 3:0 hesabı ilə qalib gəlib. Ölkə çempionatlarının 32 illik tarixində 5-ci dəfə bir komanda startda iki böyük hesablı qələbə qazanıb.
“Qarabağ” bunu üçüncü dəfə bacarıb. 1993/1994 və 2003/2004-cü il mövsümlərində də oxşar vəziyyət yaşanıb. 2000/2001-ci il mövsümündə “Neftçi” ilk iki oyununda üç və ya daha çox top fərqilə qalib gəlib. Sonuncu belə start isə 2008/2009-cu il mövsümündə gerçəkləşib. On altı il əvvəl “Qəbələ” ilk iki görüşdə böyük hesabla qalib gəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]
Azərbaycan Kubokunda yeni mövsümə start verilir
- 07.10.2026 [10:13]
Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır
- 07.10.2026 [09:49]