Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qarabağda ağlar qalan Paşinyan - Moskva daha göz yaşlarına inanmır

Qarabağda ağlar qalan Paşinyan - Moskva daha göz yaşlarına inanmır

Bakı, 2 noyabr, AZƏRTAC

Hər şey bir nöqtə ilə başladı. Heç inanmazdı ki, bu nöqtə bir dövlətin, bir millətin başına düşən ağırtonnajlı bir daş olacaq. Dəlidir, xəstədir, hətta gicdir dedik, qanmadı. Əksinə, daha da həvəslənib, əlində şüşə Şuşada, Xankəndidə sərxoşluq elədi. Oynadı, oynatdı - bədənini deyil, həm də Azərbaycanın səbr kasasını. Kasa isə daşdı, nöqtənin üzərinə şaquli bir xətt çəkdi. Düz başa düşdünüz: Paşinyanın ağzının üstünə yekə bir nida yapışdırıldı. Beləliklə, “cənab” Nikolun ağlar günləri başladı...

Diqqət etsək, görərik ki, Ermənistanda hakimiyyətə gəldiyi ilk vaxtlarda Nikol Paşinyan Dağlıq Qarabağdakı Xunta rejimindən “üyüdürdü”, qorxurdu yəni. Dildə onları dəstəkləsə də, hər vasitə ilə bu xuntanın əl-qolunu yaxasından kəsib atmağa çalışırdı. Misal üçün, bir tərəfdən həm Azərbaycana, həm də xuntaya eşitdirirdi ki, Dağlıq Qarabağ münaqişəsini oradakı “hakimiyyətlə” çözün, bizlik deyil, digər tərəfdən də bu qondarma rejimin əsas funksionerlərindən olan eks-prezident Robert Koçaryanı məhkəmələrdə, hətta həbsxanalarda süründürdü. Özü də bilə-bilə ki, Koçaryan sadiq köpəkdir və bu, onun ağasının xoşuna gəlməyəcək. Elə də oldu, ağa üz vurmasa da, bərk əsəbiləşdiyi hiss edildi. Bu azmış kimi, Paşinyan tarixən erməniyə ağalıq etmiş rusu hər daim, özü də açıq-aşkar Qərbin ayağına verdi. Təbii ki, bu da böyüyün üzünə ağ olmaq, onu aşağılamaq kimi qiymətləndirildi.

Amma küçədən götürüb kresloya dırmaşdırılan Nikolu elə də ağılsız sanmayın. O, olduqca ağıllıdır, sadəcə hər şeyi öz arşını ilə ölçür. Az sonra bunun izahı olacaq...

Paşinyan getdikcə Dağlıq Qarabağa səfərlərini intensivləşdirdi. Oradakı qondarma rəhbərliklə, hərbçilərlə, hətta mülki insanlarla sıx təmaslar qurdu. Sən demə, altdan-altdan həm də köhnə xuntaçılardan olan qondarma rejimin rəhbəri Bako Saakyanın torbasını tikirmiş. Və zəmin yaranar-yaranmaz, Dalıq Qarabağda qondarma “prezident seçkiləri” təşkil etdi - 2020-ci ilin 31 martında. Düzdür, heç bir dövlət, beynəlxalq təşkilat bu seçkiləri rəsmən tanımasa da, Paşinyan istəyinə nail oldu. Beləcə, Bakonu Araik Arutyunyanla əvəzlədi. Bununla da Dağlıq Qarabağı sanki özünə daha da yaxın hiss etmiş oldu. Məsələ artıq Ermənistanın məsələsi yəni. Əlqərəz, adam min cür xəyallara qurşandı, bir-birinin ardınca sərsəm fikirlər, bəyanatlar səsləndirdi. Hətta xox gəlmək üçün Azərbaycanın dövlət sərhədinə (Tovuz, iyul 2020), mülki insanlarına təcavüz etməkdən belə çəkinmədi.

Qarabağ sevdasına o qədər qapılmışdı ki, artıq oraya özünün ömürlük istirahət və gəlir məkanı kimi baxırdı. Azərbaycan və beynəlxalq aləmin durğunluğu, cəzasızlığı onu arxayınlatmışdı. Hətta bəd ayaqda ağasının da (onun yox, erməni əhalisinin) onu tək qoymayacağından çox ümidli idi...

27 sentyabr 2020. Paşinyan gözlərini ovuşdura-ovuşdura Araikin zənginə yuxudan kəm durur. O kəmlik, bu kəmlik, adam hələ də yuxu nədir yatmır. Yorğundur, əzgindir, üzgündür və ən nəhayət gözü yaşlıdır, ağlar qalıb, içi qaynayır! Azərbaycanın illərdir püskürmək üçün yanıb-tutuşan səbr kasasından daşan “lava” bütün ağırlığı və qaynarlığı ilə Paşinyanın kürəyindədir. Yatmaq nədir, gəzib-dolaşmaq, yeyib-içmək belə haramıdır artıq.

Qarabağın qara bağı açıldıqca Paşinyan daha da çıldırır, ağlayır, sızlayır və yazıq görkəmində yenə umduğu yerdən, ermənilərin ağası rusdan imdad dilədi. Qara bağın düyünləndiyi, hətta qıfıllandığı Kreml isə onun göz yaşlarına inanmadı. Necə deyərlər, Paşinyanı düzdə, lap elə Cıdır düzündə üzüqoyulu qoydu. Məşhur filmdə deyildiyi kimi - Moskva göz yaşlarına inanmır!

Gələk arşın məsələsinə!

Bəli, Paşinyan hər şeyi öz arşını ilə ölçdü, nə xalq düşündü, nə də dövlət. Çünki onun Soros adlı tək ağası var. Nə yazıq ki, bu ağa da Qarabağ düyününün ömür boyu açılacağı ehtimalını belə düşünmürdü. Bu səbəbdən də Paşinyanı heliumla qazlandırmışdı. Heliumla doldurulan şarı düşünün, elə hey göyə qalxmaq, uçub getmək üçün çırpınır. Amma nə yazıq ki, onun da ömrü çox qısa olur. Tez alışıb, tez də sönür. Eynilə Paşinyan kimi...

Elgün Mənsimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Heydər Əliyev Beynəlxalq Hava Limanında “Elektron qapı sərhəd nəzarəti sistemi” istifadəyə verilib

Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutulub

34 il, 24 həyat, bir faciə - Ballıqaya

Bakının bəzi yollarında sıxlıq müşahidə olunur

Şəkidə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Nepalda daşqın nəticəsində ölənlərin sayı 469 nəfərə çatıb

BYD qlobal elektromobil bazarında ABŞ-nin “Tesla” şirkətini yenidən geridə qoyub

Bolqarıstan Qara dənizin mühafizəsi üçün Belçika və Niderlanddan 7 minaaxtaran gəmi alacaq

Çində qızıl külçə udan 5 yaşlı uşaq xilas edilib

Bu ilin ikinci Ay tutulması başlayıb

Yəmən və Somali sahillərində 6 bal gücündə zəlzələ baş verib

İtaliyada 5-ci istilik dalğası: Temperatur 45 dərəcəyədək yüksələcək

Avropa Liqası və Konfrans Liqasında əsas mərhələnin bütün iştirakçıları müəyyənləşib

İsrail Hərbi Hava Qüvvələri “Hizbullah”a məxsus yeraltı obyektləri məhv edib

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyinin ən yaxşı idmançısı seçilib

Rəssam Marqarita Kərimova-Sokolova: Natəvanın portreti Fransa Akademik Cəmiyyətinin nəşrində dərc olunub

Tibetdə daşqından zərər çəkən sakinlər və turistlər təxliyə edilib

“Tvente”nin baş məşqçisi: Hesabı nəzərə alsaq, oyunun çətin keçmədiyini söyləmək olar

Almaniya və daha beş Aİ ölkəsi yeni maliyyə çərçivəsi üzrə mövqelərini razılaşdırıb

Qurban Qurbanov: İş saatlarımızı artırmalı, daha çox çalışmalıyıq

Sabah paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

“Qarabağ” avrokuboklarda mübarizəni dayandırıb YENİLƏNİB 5

Atlantik okeanında “Dolli” tropik fırtınası formalaşıb

Tramp Atlantik və ya Sakit okeanların adını dəyişdirmək niyyətini açıqlayıb

“Qarabağ” növbəti transferini açıqlayıb YENİLƏNİB

Tramp Ontario gölünün adının Amerika gölü kimi dəyişdirilməsi barədə fərman imzalayıb

“Qalatasaray” və “Fənərbağça”nın Çempionlar Liqasındakı rəqibləri bəlli olub

Azərbaycanın xarici işlər nazirinin müavini İslam Əməkdaşlıq Təşkilatının fövqəladə iclasında iştirak edib

Çempionlar Liqası: “Sabah”ın əsas mərhələdəki bütün rəqibləri müəyyənləşib YENİLƏNİB

Yeni təmayül tədris modeli tətbiq edilən məktəblərin məzunlarının universitetlərə qəbul nəticələri açıqlanıb

Fərid Qayıbov: Qubada keçirilən “Ulduz Cup” uşaqlar üçün böyük stimuldur VİDEO

Fərid Qayıbov: Qubada keçirilən “Ulduz Cup” uşaqlar üçün böyük stimuldur VİDEO

Almaniyanın şimal bölgəsi müdafiə və innovasiya mərkəzinə çevriləcək 

Azərbaycanlı məşqçi Polşa komandasını Qubadakı beynəlxalq turnirdə çempion etdi - MÜSAHİBƏ

Şimal-qərb bölgəsində təhsil işçilərinin sentyabr konfransları başlayıb

Bu saata olan əsas xəbərlər

Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Oğuz və Qəbələ sakinlərinin müraciətlərini dinləyib

Azərbaycanın çimərlik güləşçiləri Bakıdakı dünya çempionatını 8 medalla başa vurublar VİDEO

Azərbaycanın çimərlik güləşçiləri Bakıdakı dünya çempionatını 8 medalla başa vurublar VİDEO

Hövsanda açıq ərazidə yanğın baş verib

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq

Britaniyada üç hava limanına kiberhücum: 8,7 milyon müştərinin məlumatları ələ keçirilib

® Uşaqlarda sidik yolu infeksiyaları: Valideynlər nələrə diqqət etməlidirlər?

Xarici işlər naziri Ceyhun Bayramov Malayziyanın yeni səfiri ilə görüşüb

Səudiyyə Ərəbistanının nüvə enerjisi həmləsi neft ixracı gücünü artıracaq

Argentina Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Marianxeles Belluşidən

Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Emi Karlondan

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Konfrans Liqası: “Qarabağ” və “Tvente”nin start heyətləri açıqlanıb

"Sea Breeze”də Yay İdman Festivalına start verilib VİDEO

"Sea Breeze”də Yay İdman Festivalına start verilib VİDEO

Avropa ölkələrində kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı aşağı düşüb

Azərbaycan-Özbəkistan iqtisadi tərəfdaşlığı 1 milyard dollar ticarət hədəfinə çatmaq üçün real imkanlar açır - RƏY

Ursula Fon der Lyayen: Enerji asılılığı rəqabət qabiliyyətimizi və müstəqilliyimizi məhdudlaşdıran əsas amildir

“Böyük Dəbilqə”: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub

Buğda qiymətləri üç ilin maksimumuna yüksəlib

Yay üçün ən riskli qidalar hansılardır?

Gənc xanəndə: Doğma Laçında milli musiqimizi səsləndirmək sözlə ifadə olunmayacaq xoşbəxtlikdir

ADNSU ilə Özbəkistan universitetləri arasında elmi əməkdaşlıq genişlənir

Amerika ağ kəpənəyinə qarşı mübarizə necə aparılmalıdır?

“Əbədi dostluq haqqında Müqavilə” türk dövlətləri arasında yeni əməkdaşlıq mərhələsinin əsasını qoyur – ŞƏRH

Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib

Ağsuda salınan badam bağlarının məhsulu xarici bazarlara da çıxarılacaq VİDEO

Ağsuda salınan badam bağlarının məhsulu xarici bazarlara da çıxarılacaq VİDEO

ABŞ-nin sutkalıq neft istehsalı 13 milyon 843 min barelə yüksəlib

Autizmli uşaqların təhsilində müəllimin rolu

“TotalEnergies” Rusiyadakı LNG layihəsindən çıxıb

BDYPİ: Yuxululuqla bağlı hadisələrin təkrarlanması ciddi xəbərdarlıqdır VİDEO

BDYPİ: Yuxululuqla bağlı hadisələrin təkrarlanması ciddi xəbərdarlıqdır VİDEO

Türkiyədə azərbaycanlı astrofizik Cəfər Quluzadənin elmi irsinə ehtiramla yanaşılır

Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyevdən

Tanınmış futbolçunun müflis elan olunması üçün məhkəməyə müraciət edilib

Almaniyanın beş əyalətinda ifrat sağçı təşkilatın tərəfdarlarına qarşı əməliyyatlar aparılır

SOCAR və Çin İxrac-İdxal Bankı enerji sektorunda əməkdaşlıq imkanlarını dəyərləndirib

Nepaldakı gölün 72 saat ərzində dağıla biləcəyi barədə xəbərdarlıq edilib

III “Ulduz Cup” beynəlxalq turnirinin qalibi müəyyənləşib VİDEO

III “Ulduz Cup” beynəlxalq turnirinin qalibi müəyyənləşib VİDEO

Birləşmiş Ştatların neft ehtiyatları artıb

Nazirlik: Sosial siyasət Naxçıvanda yüksək səviyyədə icra edilir

“Ukrayna Azərbaycanlıları Alimlər Şurası” İctimai Təşkilatının rəhbəri Arif Quliyevdən

Bir arzu, bir hədəf, bir universitet

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən

Azərbaycanda kolbasa məmulatları istehsalı 12 faizdən çox artıb – QRAFİK

“Laçında ağac becərmək mənim üçün övlad böyütmək qədər əzizdir” - 32 il sonra doğma torpaqda VİDEO

“Laçında ağac becərmək mənim üçün övlad böyütmək qədər əzizdir” - 32 il sonra doğma torpaqda VİDEO

Kredit götürənlərin bilmədiyi hüquqlar hansılardır? – Ekspert rəyi

Əlyazmalar İnstitutu və Özbəkistan alimləri ortaq irsi araşdırırlar

Britaniyalı şəhərsalma mütəxəssisi Şuşada Baş planın icrasından danışıb

“GeoCamp” tələbə yay düşərgəsi təlim və sessiyalarla davam edir

Elm və təhsil naziri vətəndaşların müraciətlərini dinləyəcək

Cəmi 3 məhsulla başlayan təşəbbüs - indi Türkiyəyə ixrac həyata keçirilir VİDEO

Cəmi 3 məhsulla başlayan təşəbbüs - indi Türkiyəyə ixrac həyata keçirilir VİDEO

Türkiyə qızıl hasilatının həcmini 10 faiz artıracaq

Avropa “Big Tech” asılılığını azaltmaq üçün yeni rəqəmsal yanaşma axtarır

Azərbaycan XİN-dən Rusiyaya çağırış: Səfirlik qarşısındakı təxribat hərtərəfli araşdırılmalıdır VİDEO

Azərbaycan XİN-dən Rusiyaya çağırış: Səfirlik qarşısındakı təxribat hərtərəfli araşdırılmalıdır VİDEO

“Sabah”ı püşkatmada təmsil edəcək şəxslər müəyyənləşib

Astanada Azərbaycanın milli incəsənəti və pəhləvanlıq ənənələri təqdim olunub

Bakı metrosu “Qarabağ”ın oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə işləyəcək VİDEO

Bakı metrosu “Qarabağ”ın oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə işləyəcək VİDEO

Böyük Britaniyada salmonellaya yoluxanların sayı 500-ə yaxınlaşıb

Nizami və Nəvai irsi yeni tədqiqatda

Azərbaycan bu Avropa İttifaqı ölkəsinə məhsul ixracını 338,9 dəfə artırıb – QRAFİK

Azərbaycan və Özbəkistan arasında əlyazmaların surətlərinin mübadiləsinə dair təşəbbüs irəli sürülüb

Almaniya şirkətinin baş direktoru: Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu Orta Dəhlizin nəqliyyat əlçatanlığını yaxşılaşdıra bilər – ŞƏRH

“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb

Pedaqoji Universitet boş qalan yerlərə qəbul elan edir

Adil Kərimli Laçın şəhərində vətəndaşların müraciətlərini dinləyib

“Sabah” futbol klubuna maliyyə dəstəyi göstərilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu