“Qarabağ”ın hücum cütlüyü Azərbaycan çempionatlarının tarixinə düşüb
Bakı, 25 iyun, AZƏRTAC
Misli Premyer Liqasının 2022/23 mövsümünün bombardirləri Ramil Şeydayev və Musa Qurbanlı “Qarabağ”ın 43 qoluna imza atıb. Onlar müvafiq olaraq 22 və 21 dəfə rəqib qapısına yol tapıb.
Bu barədə AZƏRTAC-a Azərbaycan Peşəkar Futbol Liqasından məlumat verilib.
Bu, bir komandada çıxış edən hücum cütlükləri arasında Azərbaycan çempionatları tarixinin 7-ci göstəricisidir. Mütləq rekord “Neftçi”nin 1992-ci ildəki tandeminin hesabındadır. Həmin vaxt Samir Ələkbərov 36, Yunis Hüseynov 29 dəfə fərqlənib. Cütlük ümumilikdə 65 qol vurub.
1. “Neftçi”, 1992 - 65 qol - Samir Ələkbərov (36), Yunis Hüseynov (29)
2. “Neftçi”, 1996/97 - 59 qol - Qurban Qurbanov (34), Samir Ələkbərov (25)
3. “Xəzər” (Sumqayıt), 1992 - 57 qol - Nazim Əliyev (39), Azər İsayev (18)
4-5. “Kəpəz”, 1993/94 - 46 qol - Fazil Pərvərov (27), İmamyar Süleymanov (19)
“Kəpəz”, 1995/96 - 46 qol - Fazil Pərvərov (23), Rövşən Əhmədov (23)
6. “Turan”, 1993/94 - 44 qol - Musa Qurbanov (35), Qurban Qurbanov (9)
7. “Qarabağ”, 2022/23 - 43 qol - Ramil Şeydayev (22), Musa Qurbanlı (21)
8. “Kəpəz”, 1992 - 42 qol - Mehman Allahverdiyev (30), Ceyhun Tanrıverdiyev (12)
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]