“Qarabağ”ın yeni transferi: Ən yüksək hədəflər uğrunda mübarizə aparmaq istəyirəm
Bakı, 6 yanvar, AZƏRTAC
“Qarabağ”a keçid mənim üçün irəli atılan addımdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ağdam təmsilçisinin yeni transferi Aleksey İsayev klubun mətbuat xidmətinə müsahibəsində bildirib.
28 yaşlı yarımmüdafiəçi “Qarabağ”a keçdiyi üçün xoşbəxt olduğunu deyib: “Qarabağ” Azərbaycanın ən yaxşı komandasıdır. Həmişə öz oyun üslubunu nümayiş etdirir. Komanda baxımlı oyun və hücum futbolu göstərir. Komandamızın maksimal nəticələr göstərməsi üçün meydanda hər şeyi edəcəyəm. Məşqdən öncə baş məşqçimiz Qurban Qurbanov komanda qarşısında mənə uğurlar arzuladı. Belə isti qarşılanma üçün ona minnətdaram. Azərbaycan futbolunu hər dəfə daha bir pillə irəli aparan mütəxəssis barədə yalnız ən yaxşı sözləri demək olar. Məşq barədə sadəcə müsbət təəssüratlarım var. Futbolçuların hamısı yüksək insani keyfiyyətlərə malik böyük peşəkarlardır. Onların əksəriyyətini şəxsən tanıyıram. Məni əla qarşıladılar, çox xoş oldu. Digərləri ilə daha yaxın tanışlıq üçün vaxtımız olacaq”.
A.İsayev yeni komandadakı hədəflərindən də söz açıb: “Mənim də hədəflərim klubumuzla eynidir. Ən yüksək hədəflər uğrunda mübarizə aparmaq istəyirəm. Özümdə olan, amma görünməyən potensialımı addım-addım inkişaf etdirməliyəm. Mən də buna mütləq nail olacağam”.
Qeyd edək ki, Azərbaycan millisinin də üzvü olan yarımmüdafiəçi ilə 3.5 illik müqavilə imzalanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]
Azərbaycan Kubokunda yeni mövsümə start verilir
- 07.10.2026 [10:13]
Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır
- 07.10.2026 [09:49]