“QARDABNOBA” BAYRAMI QEYD OLUNMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Kvemo Kartli-Borçalı bölgəsinin Qardabani rayon mərkəzində azərbaycanlılar və gürcülərin iştirakı ilə “Qardabnoba” bayramı keçirilmişdir. Bayram iştirakçıları maraqlı teatr səhnələrinə baxmış və hər iki xalqın folklor nümunələrini dinləmişlər.
Şənlikdə iştirak edən Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru Zurab Melikişvili demişdir ki, bu gün bütün il ərzində görülən işlərin yüksək nəticəsi əks etdirilmişdir. Qardabanidə ötən dövrdə həyatın müxtəlif sahələrində çox işlər görülmüşdür. Bu isə bütün rayon sakinlərini gələcəkdə daha yüksək nailiyyətlər əldə etməyə ruhlandırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [13:50]
BMT: Təxminən 3,4 milyard insan mənzil böhranı ilə üzləşir
- 06.10.2026 [13:19]
Fransa yüksək faizlərin təzyiqi altındadır
- 06.10.2026 [13:17]
Kral Çarlz Endryunun polisə qarşı hüquqi mübarizəsini maliyyələşdirməyəcək
- 06.10.2026 [13:09]
Fransada gənclərin 76 faizi ölkənin gələcəyindən narahatdırlar
- 06.10.2026 [12:55]
Səudiyyə Ərəbistanının iki hava limanına hücumlar zamanı üç nəfər yaralanıb
- 06.10.2026 [12:46]