Qars Qafqaz Universitetində “Türkiyə və Azərbaycan münasibətlərində təhlükəsizlik aspektləri” mövzusu müzakirə edilib




Ankara, 7 mart, AZƏRTAC
Qafqaz Universitetində “Türkiyə və Azərbaycan münasibətlərində təhlükəsizlik aspektləri” mövzusunda panel müzakirələr keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə alim və ekspertlərlə yanaşı, Azərbaycanın Qarsdakı baş konsulu Zamin Əliyev və Qars şəhər bələdiyyəsinin rəhbərliyi də iştirak edib.
Tədbiri açıq elan edən Selcuk Ural Ankara və Bakının qarşısında dayanan çağırış və təhdidlərin müzakirəsinin əhəmiyyətini qeyd edərək, qardaş ölkələrin yolundakı maneələri dəf etmək üçün birgə səy göstərməyə çağırış edib.
Panel müzakirələrin iştirakçıları iki ölkənin iqtisadi və ticarət əlaqələrinin perspektivlərini və vəziyyətini nəzərdən keçirib, Türkiyə və Azərbaycan Silahlı qüvvələrinin birgə təlimlərinin əhəmiyyətini vurğulayıb.
Əsas diqqət iki qardaş ölkənin regionda həyata keçirdiyi layihələrə, həmçinin Bakı və Ankaranın beynəlxalq arenadakı birliyinə ayrılıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara