QASIRĞA AĞSTAFA RAYONUNA DA CİDDİ ZİYAN VURMUŞDUR
Ağstafa rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, martın 5-dən 6-na keçən gecədən güclü yağış və küləklə müşayiət olunan qasırğa rayonun bir sıra kəndlərinə ziyan vurmuşdur.
Sərhəd kəndi olan Köhnə Qışlaqda məktəbin dam örtüyü uçmuş və sakinlərin evlərinə ciddi ziyan dəymişdir. Qasırğa rayonun Yaradulla, Tatlı, və Göycəli kəndlərinə də ciddi ziyan vurmuşdur. Göycəli kəndində transformator sıradan çıxmışdır. Dəyən ziyanın həcmi müəyyənləşdirilir və onun aradan qaldırılması üçün operativ tədbirlər görülür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]