QASIRĞANIN VURDUĞU ZİYAN MÜƏYYƏNLƏŞDİRİLMİŞDİR
Bu barədə rayon fövqəladə hallar komissiyasının sədri Niftalı Qasımov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, təbii fəlakət nəticəsində rayon sakinlərinin şəxsi mülklərinə bir milyard 410 milyon manat, elektrik rabitə təsərrüfatlarına və ictimai binalara isə yüz milyon manatdan artıq ziyan dəymişdir. Bu barədə respublika fövqəladə hallar komissiyasına məlumat verilmişdir.