QAXDA POLİATLON ÜZRƏ RESPUBLİKA BİRİNCİLİYİNİN FİNAL MƏRHƏLƏSİ KEÇİRİLMİŞDİR
Qax Rayon Gənclər, İdman və Turizm İdarəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, iki gün davam edən mübarizədə Bakı, Sumqayıt və Mingəçevir şəhər, Qax, İsmayıllı və Cəlilabad rayon komandaları ilk yerlərə çıxmışlar. Qaliblərə diplomlar və qiymətli hədiyyələr təqdim olunmuşdur.
Oktyabrın 30-dan etibarən isə Qaxda “Cəsurlar” hərbi idman və turizm oyunlarının rayon birinciliyinə start verilmişdir. Birincilikdə 35 komanda mübarizə aparır.