Qaxın fındıq bağlarında tezyetişən sortların yığımına başlanılıb
Qax, 27 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Ənənəvi sahələrdən olan fındıqçılığın inkişaf etdirilməsi Qax rayonunun kənd təsərrüfatı üçün prioritet istiqamətlərdən biri sayılır. Dövlətimizin başçısının bu sahənin daha da inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və göstərişlərin icrasını təmin etmək məqsədilə Qax rayonunda da davamlı iş aparılır.
Qax Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, son illər rayon ərazisində 3 min 359 hektarda yeni fındıq bağları salınıb. Hazırda rayonda mövcud fındıq bağlarının ümumi sahəsi 10 min 190 hektardır. Bu bağların 6 min 228 hektarı barverəndir.
Aqrar sahədə yeni subsidiya mexanizminin tətbiqinə başlanılması ilə əlaqədar indi kənd adamları fındıqçılığın inkişaf etdirilməsinə daha çox diqqət ayırırlar. Bu da səbəbsiz deyil. Yeni qaydalara əsasən, fermerlərə bağın hər hektarına görə 240 manat subsidiya verilir.
Rayon Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, Turaclı, Marsan və Qıpçaq kəndlərinin ərazilərindəki fındıq bağlarında bir neçə gündür tezyetişən sortların yığımına başlanılıb. Rayonda fındığın kütləvi yığımına isə avqustun ikinci yarısında başlanılacaq.
Xatırladaq ki, ötən il rayonun fındıq bağlarından 4 min 848 ton məhsul tədarük olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]