QAZ TƏHVİLİ PROQNOZLARINA ƏMƏL EDİLİR
Dövlət Neft Şirkətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, mart ayında Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) hökumətə 236,2 milyon kubmetr qaz təhvil vermişdir. Qazın 1,7 milyon kubmetri “Azərbaycan Qaz Emalı” ASC-yə, 234,5 milyon kubmetri isə “Azəriqaz” SC-yə verilmişdir ki, bunun da 169,1 milyon kubmetri “Mərkəzi Azəri”, 67,1 milyon kubmetri isə “Çıraq” yataqlarının payına düşür.
Ötən üç ayda ABƏŞ-in təhvil verdiyi 635,6 milyon kubmetr səmt qazının 631,5 milyon kubmetrini “Azəriqaz”, 4,1 milyon kubmetrini “Azərbaycan Qaz Emalı” ASC qəbul etmişdir. Həmin qazın 438,8 milyon kubmetri “Mərkəzi Azəri”, 196,7 milyon kubmetri isə “Çıraq” yataqlarında hasil olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [12:10]
Mərkəzi Bank: Azərbaycanda orta səviyyəli təmərküzləşmə müşahidə olunur
- 15.10.2026 [12:06]
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb
- 15.10.2026 [12:01]
Su təchizatına qoşulmaq üçün müraciət qaydaları açıqlanıb VİDEO
- 15.10.2026 [11:44]