Qazaxda minik avtomobili ilə TIR toqquşub, 3 nəfər xəsarət alıb
Qazax, 20 aprel, AZƏRTAC
Qazaxda yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun İkinci Şıxlı kəndindən keçən hissəsində qeydə alınıb.
Qazax rayon sakini atasına məxsus "Mercedes "markalı minik maşını ilə hərəkətdə olarkən yol kənarında dayanan İran vətəndaşına məxsus "Volvo" markalı TIR-a çırpılıb, nəticədə minik maşını deformasiyaya uğrayıb.
Qəza zamanı minik avtomobilinin sürücüsü, onun iki nəfər sərnişini xəsarət alıb. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Müxbir -Ruslan Novruzoğlu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [13:18]
Gürcüstan Ali Məhkəməsinin sədri Xankəndidə və Xocalıda olub
- 02.10.2026 [12:18]
Ukraynalı uşaqların Qəbələnin tarixi məkanlarına ekskursiyası təşkil olunub
- 02.10.2026 [12:05]
Qaxda külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb VİDEO
- 01.10.2026 [19:22]