Qazaxıstan Azərbaycana taxıl tədarükünü artırmağa hazırdır
Astana, 14 aprel, AZƏRTAC
Qazaxıstan Respublikasının “Ərzaq Müqavilə Korporasiyası Milli Şirkəti” SC xarici bazarlara 3-cü və 4-cü növ buğda satır.
AZƏRTAC Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu günə qədər milli taxıl operatoru 200 min tondan çox taxıl tədarükü üçün müqavilə bağlayıb.
Qida korporasiyasının ixrac siyasəti satış sahələrinin şaxələndirilməsinə və xarici bazarlarda mövqeyinin möhkəmləndirilməsinə yönəlib.
Şirkət İran, Əfqanıstan və Gürcüstanla yanaşı, Azərbaycana da əlavə həcmdə taxıl tədarükünü operativ şəkildə təmin etməyə hazırdır.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [14:40]
SOCAR-ın “yaşıl istiqraz”ları üzrə növbəti kupon ödənişi edilib
- 08.06.2026 [14:37]
® “Expressbank”dan Mingəçevirdə təmizlik aksiyası
- 08.06.2026 [12:43]
Neft bazarında bahalaşma: geosiyasi risklər qiymət artımını sürətləndirir
- 08.06.2026 [12:05]
® “AzInTelecom” IV Milli Kibertəhlükəsizlik Forumunda
- 08.06.2026 [11:47]
Yanvar-may aylarında istehlakçılara 87 milyon manat ƏDV qaytarılıb
- 08.06.2026 [10:52]