Qazaxıstan bu il 3 min konteyner qatarının tranzitini təmin edəcək
Astana, 22 fevral, AZƏRTAC
Şensi əyaləti (ÇXR) 2025-ci ildə Çin-Avropa konteyner qatarlarının inkişafına 2,5 milyard yuan (344 milyon dollar) sərmayə qoyacaq.
AZƏRTAC “Qazaxıstan Dəmir Yolu” SC-nin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu məsələ Şensi əyalətinin qubernatoru Çjao Qanq ilə SC-nin İdarə Heyətinin sədri Nurlan Sauranbayev arasında keçirilən görüşdə müzakirə edilib.
2025-ci ildə Qazaxıstan ərazisindən tranzitlə 3 min konteyner qatarının göndərilməsi planlaşdırılır.
Tərəflər, həmçinin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) ilə Çin-Avropa istiqamətində yubiley konteyner qatarının yola salınması mərasiminə hazırlıq məsələlərini və Qazaxıstan tərəfinin Sian şəhərində keçiriləcək iri beynəlxalq nəqliyyat və logistika forumlarında iştirakını müzakirə ediblər.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [18:14]
Rusiya dizel ixracına qadağanın müddətini uzadıb
- 30.09.2026 [17:47]
İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb
- 30.09.2026 [17:45]
İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb
- 30.09.2026 [17:19]
Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər
- 30.09.2026 [16:52]