Qazaxıstanda “Artilleriya atəşinin ustaları” və “Snayper həddi” müsabiqələrinin açılış mərasimi keçirilib
Bakı, 1 avqust, AZƏRTAC
“Beynəlxalq Ordu Oyunları-2017” çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında “Artilleriya atəşinin ustaları” və “Snayper həddi” müsabiqələrinin təntənəli açılış mərasimi keçirilib.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan hərbçilərinin də iştirak etdikləri hər iki müsabiqə avqustun 1-dən 9-dək Qazaxıstanın Otar hərbi bazasında keçiriləcək.