Qazaxıstanda beynəlxalq hava əlaqəsi uzun müddətə bərpa oluna bilər
Nur-Sultan, 25 aprel, AZƏRTAC
Qazaxıstanın beynəlxalq hava əlaqəsi uzun müddətə bərpa oluna bilər. Bunu “Samruk-Kazyna” SC-nin logistika və beynəlxalq əməkdaşlıq üzrə idarəetmə direktoru Kanat Alpısbayev bildirib. Qeyd edib ki, xüsusilə də beynəlxalq uçuşların bərpası 1,5-2 il davam edə bilər.
AZƏRTAC xəbər verir ki, ölkənin “Air Astana” və “Fly Arystan” aviaşirkətləri üçün yeni təyyarələrin tədarükü bir müddət təxirə salınacaq.
Qeyd edək ki, bu il koronavirus pandemiyası ilə əlaqədar martın 22-dən “Air Astana” aviaşirkəti bütün aviareyslərini dayandırıb. Martın 29-dək aviaşirkət yalnız təxliyə reysləri həyata keçirib və 14 minə yaxın qazaxıstanlı öz evinə qayıdıb.
Xatırladaq ki, ölkədə karantin rejiminin müddətinin uzadılması səbəbindən “Air Astana” aprelin 15-dən 30-dək nəzərdə tutulan bütün müntəzəm reysləri ləğv etmək məcburiyyətində qalıb.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:48]
Fransada şagird məktəb direktorunu və müəllimi güllələyib
- 12.10.2026 [15:20]
Aİ Rusiyada 1600-dək fiziki və hüquqi şəxsə əlavə sanksiyalar tətbiq edib
- 12.10.2026 [14:25]
“Yandex”in data mərkəzlərinin bərpası bir neçə ay çəkə bilər
- 12.10.2026 [13:18]