Qazaxıstanda da koronavirusa yoluxanların sayı artıb
Nur-Sultan, 12 aprel, AZƏRTAC
Qazaxıstanda bu gün COVID-19 koronavirusuna yoluxanların sayı 33 nəfər artaraq 927-yə çatıb.
AZƏRTAC bu ölkənin Səhiyyə Nazirliyinin məlumatına istinadla xəbər verir ki, bu günədək 99 nəfər sağalaraq evə buraxılıb, 10 nəfər dünyasını dəyişib.
Bu gün Qazaxıstanın Nur-Sultan, Almatı, Şımkent, Akmola, Almatı, Karaqanda, Mangistau, Pavlodar və Qərbi Qazaxıstan bölgələrində yeni yoluxma halları müəyyən edilib.
Qeyd edək ki, iki gün ərzində Almatı şəhərində 27 həkimdə koronavirus təsdiqlənib.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [15:03]
NASA nəhəng “kosmik təbəssüm”ün şəklini çəkib
- 13.10.2026 [14:43]
Türkiyə məktəblərdə hücumların qarşısını alacaq layihəyə start verir
- 13.10.2026 [13:57]