Qazaxıstanda yeni trend: daha 54 kənd alkoqoldan imtina edib
Astana, 22 fevral, AZƏRTAC
Qazaxıstanın Atırau vilayətinin 7 rayonunda 54 kəndin sakinləri spirtli içkidən imtina edib.
AZƏRTAC “Kazinform” agentliyinə istinadən xəbər verir ki, İnder rayonunun Kurılıs kəndinin sakinləri 5 il əvvəl alkoqoldan imtina edib. Nəticədə son bir il ərzində kənddə heç bir cinayət hadisəsi qeydə alınmayıb.
Kızılkogin rayonu spirtli içkidən imtina edən rayonlar arasında liderdir. Burada 17 kəndin sakinləri alkoqoldan istifadə etmir. Rusiya ilə sərhəddə yerləşən Kurmanqazin rayonunun 16 kəndinin sakinləri “yaşıl ilan”dan imtina edib.
Maxambet rayonunda 7, İsatayda 6, İnderdə 4, Jılıoyda 3, Makatda isə 1 kəndin sakinləri spirtli içki qəbul etmir.
Qeyd edək ki, Qazaxıstanın Turkestan vilayətinin 27 kəndinin sakinləri alkoqollu içkilərin satışını dayandırıb ki, bu da asayişin qorunmasına və təhlükəsizliyin təmin edilməsinə müsbət təsir edib.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:05]
Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir
- 10.06.2026 [16:21]
LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib
- 10.06.2026 [16:15]