“QAZPROM” UKRAYNANI MƏHKƏMƏ İLƏ HƏDƏLƏYİR
O demişdir: “İxracımızın 80 faizi Ukraynadan keçir. Görünür, ukraynalı həmkarlarımızın şantajları, yaxud belə demək mümkünsə, özlərini pirat kimi aparması bununla bağlıdır. Lakin biz, hər halda, cəngəlliklərdə deyil, mədəni dünyada yaşayırıq. Ona görə də ümidvaram ki, ağıl-zəka üstün gələcəkdir”. Onun sözlərinə görə, “Qazprom” Avropaya nə qədər lazımdırsa, o qədər də qaz göndərməyə, eləcə də Ukrayna üçün qaz verməməyə qadirdir.
Medvedyev bir daha təsdiqləmişdir ki, Ukrayna tərəfi ilə danışıqlar uğursuz nəticələnsə, yanvarın 1-də səhər saat 10-da Ukraynaya təbii qaz verilməsi dayandırılacaqdır. Onun fikrincə, belə olan halda Ukrayna seçim qarşısında qalacaq: ya Rusiya ilə təxirə salınmadan saziş bağlamağa çalışacaq, ya da, bəzi Ukrayna siyasətçilərinin xəbərdarlıq etdikləri kimi, sadəcə olaraq, sistemdən qanunsuz yolla qaz götürəcəkdir.
Xatırladaq ki, bundan əvvəl Ukraynanın Baş naziri Yuri Yexanurov ölkənin “Naftoqaz” şirkətinə tapşırmışdı ki, “Qazprom”la münaqişədə Ukrayna tərəfinin hüquqları pozularsa, “Qazprom” və “Naftoqaz” şirkətləri arasında qaz təchizatı və tranziti haqqında müqaviləyə yenidən baxılarsa, Stokholm Arbitraj Məhkəməsinə müraicət üçün sənədlər hazırlasın.