“Qəbələ” klubu Türkiyədə üç yoxlama oyununda gücünü sınayacaq
Bakı, 27 dekabr, AZƏRTAC
“Qəbələ” futbol klubunun qış fasiləsindəki hazırlıq planı müəyyənləşib.
AZƏRTAC kluba istinadla xəbər verir ki, “Qəbələ” 2021/2022-ci il mövsümünün ikinci yarısının hazırlığına yanvarın 6-da start verəcək. Baş məşqçi Elmar Baxşıyevin yetirmələri bu mərhələdə məşqlərini Bakıda gerçəkləşdirəcək. Bakı toplanışı çərçivəsində yoxlama oyununun keçirilməsi nəzərdə tutulmayıb.
“Qəbələ” yanvarın 15-də Türkiyəyə yollanacaq. “Qırmızı-qaralar” Antalyanın Bələk bölgəsindəki “İC Santai” otelində məskunlaşacaq. Ayın 25-dək davam edəcək hazırlıq çərçivəsində 3 yoxlama matçı baş tutacaq. Bu qarşılaşmalar yanvarın 17-də, 20-də və 24-də keçiriləcək. Komandamızın üz-üzə gələcəyi rəqiblər hələlik dəqiqləşməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [15:34]
"Turan Tovuz"un legioner futbolçusunun zədəsi ciddi deyil
- 13.10.2026 [13:41]
Formula 1 yarışları yenidən Afrika qitəsinə qayıdır
- 13.10.2026 [13:27]
UEFA-dan Əliyar Ağayeva növbəti təyinat
- 13.10.2026 [13:23]
Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur
- 13.10.2026 [13:11]