“Qəbələ” klubu Türkiyədə üç yoxlama oyununda gücünü sınayacaq
Bakı, 16 iyun, AZƏRTAC
“Qəbələ” futbol klubunun 2023-2024-cü il mövsümü üçün hazırlıq planı müəyyənləşib.
AZƏRTAC kluba istinadla xəbər verir ki, komanda iyunun 24-də Qəbələdə bir araya gələcək. İyulun 8-dək davam edəcək hazırlıq prosesinin ilk mərhələsində bir yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.
“Qəbələ” toplanışın ikinci mərhələsini gerçəkləşdirmək üçün iyulun 10-da Türkiyəyə yollanacaq. Komandamız Boluda məskunlaşacaq. Qonşu ölkədə üç yoxlama görüşü təşkil olunacaq. Bu qarşılaşmalar ayın 12-də, 15-də və 19-da baş tutacaq.
“Qəbələ”nin Türkiyə toplanışının müddəti UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin iyunun 21-də keçiriləcək püşkatmasından sonra dəqiqləşəcək. Əgər “qırmızı-qaralar” ilk oyununu səfərdə keçirməli olsa, görüşə Boludan yollanacaq. Avrokubok mövsümü ev matçı ilə başlasa, “Qəbələ” iyulun 20-də Vətənə qayıdacaq və hazırlıqları ölkəmizdə yekunlaşdıracaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [11:28]
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
- 30.09.2026 [10:46]
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
- 30.09.2026 [10:33]
“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər
- 30.09.2026 [10:14]
Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür
- 30.09.2026 [09:55]
® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır
- 30.09.2026 [09:34]