“Qəbələ” komandası Topaz Premyer Liqasında “Kəpəz”ə böyük hesabla qalib gəlib
Bakı, 28 aprel, AZƏRTAC
Aprelin 28-də futbol üzrə Topaz Premyer Liqasının XXV turu çərçivəsində “Qəbələ” klubu turnir cədvəlinin autsayderi “Kəpəz”ə 3:0 hesabı ilə qalib gəlib.
AZƏRTAC xəbər verir ki, baş hakim Əliyar Ağayevin idarə etdiyi oyunda meydan sahiblərinin heyətində Filip Ozobiç (31-ci dəqiqə), Stiven Monroz (39-cu dəqiqə) və Cavid Hüseynov (45-ci dəqiqə) fərqləniblər.
Bu qələbədən sonra “Qəbələ” 45 xalla turnir cədvəlində ikinci, Gəncə təmsilçisi isə 13 xalla sonuncu pillədə qərarlaşıb.
Qeyd edək ki, komandalar bu vaxtadək 19 dəfə qarşılaşıblar. “Qəbələ” səkkiz, “Kəpəz” altı dəfə qələbə qazanıb, beş matç bərabərliklə yekunlaşıb.
Tura aprelin 29-da “Kapital Bank Arena”da keçiriləcək Sumqayıt”-“Səbail” oyunu ilə yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:48]
FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar
- 11.06.2026 [19:21]
“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb
- 11.06.2026 [18:52]
“Zirə” milli komandanın futbolçusunu transfer edib
- 11.06.2026 [18:39]
“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb
- 11.06.2026 [17:53]
“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb
- 11.06.2026 [17:36]
“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib
- 11.06.2026 [17:33]