Qəbələ və Bakıda birmərtəbəli ev yanıb
Bakı, 27 iyun, AZƏRTAC
Qəbələ rayonunun Tövlə kəndində ümumi sahəsi 120 m² olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları 90 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bundan əlavə, Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 15 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 3 m² sahədə və yaxınlıqda dayanan istifadəyə yararsız "Karsan" markalı mikroavtobusun yanar hissələri yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [12:01]
Bu saata olan əsas xəbərlər
- 15.10.2026 [11:11]
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb
- 15.10.2026 [11:03]