Qəbələdə bədii gimnastika üzrə turnir davam edir
Qəbələ, 25 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
“İdman Paytaxtı” Qəbələdə bədii gimnastika üzrə “Grace of nature” turniri davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qəbələ Olimpiya İdman Kompleksində təşkil edilən yarışın ikinci günündə 2014, 2015 və 2016-cı il təvəllüdlü gimnastlar müxtəlif alətlər üzrə bacarıqlarını nümayiş etdirirlər.
Qeyd edək ki, turnirə oktyabrın 26-da yekun vurulacaq. Yarışda ölkəmizin müxtəlif bölgələrini təmsil edən 20 idman klubundan fərdi proqram üzrə 203 gimnast və 8 qrup hərəkətləri komandası iştirak edir.