Qəhvənin sağlamlığa təsiri ilə bağlı tədqiqat aparılıb
Bakı, 30 mart, AZƏRTAC
Qəhvənin sağlamlığa təsirləri haqqında daha dəqiq fikir əldə etmək üçün tədqiqatçılar ABŞ-nin Kaliforniya ştatının San-Fransisko bölgəsində yaşayan 39 yaşlı 100 nəfər sağlam insan üzərində araşdırma aparıblar.
AZƏRTAC CNN saytına istinadla bildirir ki, iştirakçılar addımlarını, gün ərzində yatdıqları müddəti, qan şəkəri və ürək ritmlərini izləyən cihazlar ilə təmin edilib.
Hər bir iştirakçıya iki gün ərzində istədikləri qədər qəhvə içmək, sonraki iki gün müddətində qəhvənin istehlakını dayandırmağı və bu prosesi iki həftə davam etdirməyi məsləhət görüblər. Tədqiqat zamanı iştirakçıların qəhvə içdikləri günlərdə normal günlərə nisbətən 1058 addım daha çox atdıqları müşahidə edilib, lakin həmin gün onlar ən azından 36 dəqiqə az yatıblar.
Bütün bunlara baxmayaraq, qəhvə içməyin daha az yuxuya səbəb ola biləcək potensial genetik faktor ola biləcəyi də vurğulanıb. Tədqiqatda qəhvə istehlakının normadan çox olması ürək-damar problemləri riskini artıra biləcəyi də qeyd edilib.
Araşdırma "The New England Journal of Medicine" jurnalında dərc olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.08.2023 [17:36]
Düzgün yastıq seçimi rahat yatmağa kömək edir
- 16.08.2023 [12:58]
Qodji ən qiymətli dərman bitkilərindən biridir
- 11.08.2023 [11:58]
Çimərlik və turizm obyektlərində qidalanma
- 11.08.2023 [01:09]
Səs titrəməsindən istifadə edilən qədim müalicə üsulu
- 05.08.2023 [15:52]
Hicama zamanı nəzərə alınmalı məqamlar
- 05.08.2023 [12:25]
Çay kimi tanınan sitrus bitkisi - Berqamot
- 04.08.2023 [12:42]
“Omeqa-3” balıq yağının faydaları və istehlak qaydaları
- 04.08.2023 [02:43]