Qənnadıçı, şirniyyatçı və zərgər peşə ixtisasları üzrə nəzəri qiymətləndirilmə aparılıb
Bakı, 14 aprel, AZƏRTAC
Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən qənnadıçı, şirniyyatçı və zərgər peşə ixtisasları üzrə “bp Azərbaycan” şirkətinin dəstəyi ilə “Sənətin varsa, sənədin olacaq” layihəsi çərçivəsində nəzəri imtahan keçirilib.
Bu barədə AZƏRTAC-a Agentlikdən məlumat verilib. Qənnadıçı, şirniyyatçı və zərgər peşə ixtisasları üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi istiqamətində nəzəri imtahanda uğur qazanan namizədlərə peşə ixtisasları üzrə müvafiq sənəd təqdim ediləcək.
Layihənin əsas məqsədi vətəndaşların əmək bazarında özünüməşğulluq imkanlarının artırılmasına və bu sahədə həyata keçirilən dövlət siyasətinə dəstək göstərməkdən ibarətdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:45]
Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb
- 29.09.2026 [18:01]
BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar
- 29.09.2026 [17:09]
Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası
- 29.09.2026 [17:03]
Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb
- 29.09.2026 [16:41]