Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qərbi Azərbaycan - genetik yaddaşımızda xüsusi yeri olan coğrafi vahid – ŞƏRH

Qərbi Azərbaycan - genetik yaddaşımızda xüsusi yeri olan coğrafi vahid – ŞƏRH

Bakı, 27 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşü 2022-ci ilin ən mühüm siyasi hadisələrindən biri olmaqla yanaşı, müharibədən sonrakı dövrün milli strateji prioritetlərini təxmin etmək üçün ciddi informasiya yükü daşıyan xüsusi bir tədbir kimi yadda qaldı. Görüşün tarixi və ünvanının təsadüfi seçilmədiyini Prezidentin nitqindəki tezislərdən də anlamaq çətin deyil.

Bu fikirlər Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının üzvü Ramin Məmmədovun “Gün gələcək...” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Azərbaycan Vətən müharibəsindən sonra öz tarixinin yeni mərhələsinə qədəm qoyub və bu, həm də elə bir dövrə təsadüf edir ki, beynəlxalq münasibətlərin xarakterində yeni dünya düzənini müəyyənləşdirən əhəmiyyətli dəyişikliklər baş verir. Prezident İlham Əliyevin siyasəti mürəkkəb geosiyasi reallıqlar fonunda ölkənin milli maraqlarının daha etibarlı qorunmasını təmin etməklə yanaşı, qlobal proseslərin diktəsi ilə formalaşan şərtlərdən yeni strateji hədəflərin həyata keçirilməsi üçün maksimum faydalanmağa hesablanıb. Qərbi Azərbaycan hər bir azərbaycanlının genetik yaddaşında xüsusi yeri olan, xeyli dərəcədə tarixi və bir o qədər də mənəvi-ideoloji məzmun daşıyan coğrafi vahiddir. Lakin 44 günlük müharibədən sonra indi o, həm də siyasi-ideoloji məna kəsb etməyə başlayıb. Əsrin əvvəllərində Ermənistana hədiyyə edilmiş bu torpaqların yaddaşında yüzminlərlə azərbaycanlının şəxsi faciəsi yaşanır. Lakin Qərbi Azərbaycan həm də Azərbaycan xalqı üçün ümummilli fəlakətin rəmzi kimi qavranılır. Çünki İrəvan, Qərbi Zəngəzur, Göyçə, Zəngibasar mahallarının Ermənistana verilməsi yeni itkilərə, faciələrə gedən yolun başlanğıcı idi. Azərbaycan tarixinin ən həlledici, taleyüklü anında verilmiş yanlış qərarlar bu yolu düşmənlər üçün daha asan və əlverişli hala gətirdi.

Əlbəttə ki, İrəvanın Ermənistana verilməsini o dövrün tarixi və geosiyasi şərtləri ilə izah edən mülahizələrdə müəyyən dərəcədə həqiqət payı ola bilər. Lakin siyasət həm də bütün ağır şərtlərə rəğmən milli maraqları maksimum dərəcədə qorumaq sənətidir. Biz Cümhuriyyət tarixinə nə qədər dərin ehtiram və rəğbətlə yanaşsaq da bu, İrəvanın Ermənistana hədiyyə edilməsinin milli mənafelər baxımından böyük strateji yanlışlıq olduğu həqiqətini dəyişdirmir. Nəzərə almaq lazımdır ki, tarixi hadisələri daha aydın və soyuqqanlı təhlil etmək üçün zaman çox mühüm amildir. Bu baxımdan, yüz il öncə qəbul edilmiş qərarları indi daha düzgün təhlil etmək, araşdırmaq, qiymətləndirmək mümkündür.

Bu gün tarixi səhvləri təkrarlamamaq, Azərbaycanın qarşısında qoyulmuş yeni hədəflərin reallaşması üçün bütün imkanları səfərbər etmək vaxtıdır. Zamanı və prosesləri düzgün qiymətləndirmək, minlərlə şəhidin qanı hesabına açılan yeni tarixi mərhələdə bütün addımları dəqiq hesablamaq lazımdır. Prezident İlham Əliyevin Qərbi Azərbaycandan olan ziyalılarla görüşündə söylədiyi nitq əslində bizim üçün yeni dövrün yol xəritəsidir. Cənubi Qafqazda son yüzilliklərdə baş verən hadisələrin mahiyyəti, Azərbaycanın məruz qaldığı itki və faciələr, Şərqdə ilk demokratik respublikanı qurmuş, ilk operanı yaratmış, qadınlara səsvermə hüququ vermiş bir xalqın üzləşdiyi fəlakətlərin səbəbləri haqqında dünya ictimaiyyətini məlumatlandırmaq üçün konkret və düşünülmüş addımlar atmalıyıq.

Prezident İlham Əliyevin Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü qarşımızda duran milli strateji hədəflərlə bağlı çox mühüm mesajlar verir: “Mən əvvəlki dövrdə adətən 24 dekabr günündə məcburi köçkünlərlə bir yerdə olurdum, doğum günümü heç vaxt qeyd etməmişəm, ancaq ailə üzvlərimlə qeyd etmişəm. Hesab edirəm ki, bugünkü gün istisna deyil, yenə də ailə üzvlərimlə birlikdə qeyd edirəm”. Azərbaycan Prezidentinin bu iki cümləlik fikri, sözsüz ki, görüşdə iştirak edən hər kəs üçün böyük qiymətə malikdir. Lakin bu cümlələr həm də bütün Azərbaycan xalqına Müzəffər Ali Baş Komandanın yeni bir tarixi mərhələyə qədəm qoyduğumuza dair verdiyi çox önəmli mesajdır.

Dövlətimizin başçısının nitqində verdiyi mesajlar təkcə qarşıdan gələn 2023-cü ildə deyil, bəlkə də daha uzaq bir müddətdə Azərbaycan dövlətinin həyata keçirməyi planlaşdırdığı siyasətin təxmini konturlarını özündə ehtiva edən əsas ideoloji tezislər olmaqla yanaşı, həm də taleyüklü bir dövrə qədəm qoyduğumuza işarədir. Azərbaycan Prezidentinin özünəməxsus liderlik keyfiyyətləri, zəngin siyasi təcrübəsi, müvəffəqiyyətlə yerinə yetirdiyi tarixi missiya kontekstində onun verdiyi mesajların miqyası, siyasi-ideoloji çəkisi daha aydın görünür.

- Məqalənin əvvəlində də qeyd etdiyimiz kimi, görüşün yeri, tarixi, məzmunu və formatı Prezidentin yalnız Azərbaycan xalqına deyil, həm də Cənubi Qafqazdakı proseslərə təsir imkanlarına malik qlobal oyunçulara ciddi mesajlar verdiyini deməyə əsas verir. Ermənistan dövlətinin yaradılması naminə yüzminlərlə azərbaycanlının taleyini faciəli şəkildə dəyişən tarixi ədalətsizlik faktı var və dünya bunu etiraf etməlidir;

- Şərqi Zəngəzur anlayışı olduğu kimi, Qərbi Zəngəzur məfhumu da var və mütləq Cənubi Qafqazla bağlı proseslərdə ümumi siyasi leksikonun bir hissəsi olmalıdır. Başqa sözlə desək, nəinki region ölkələri, xüsusilə də Ermənistan, o cümlədən böyük güclər yeni dünya düzəninin formalaşması prosesində tarixi Azərbaycan torpaqlarında erməni dövlətinin yaradıldığı faktını nəzərə almalıdır;

- Qərbi Zəngəzurun tarixi, azərbaycanlıların məruz qaldığı deportasiya və soyqırımı siyasətinin bütün parametrləri daha geniş və dərindən araşdırılmalı, qlobal informasiya məkanında öz yerini tapmalıdır;

- Qərbi azərbaycanlıların məruz qaldığı tarixi ədalətsizlikləri beynəlxalq konvensiyalar əsasında qiymətləndirən hüquqi sənədlər toplusu işlənilməli, beynəlxalq ictimaiyyətə təqdim edilməlidir;

- Bütün tarixi, siyasi, hüquqi elementləri nəzərə alan, beynəlxalq hüquqa istinad edən Qərbi Zəngəzura Qayıdış Konsepsiyası hazırlanmalıdır;

- Qərbi azərbaycanlılara qarşı tarixi ədalətsizliyin bərpası, onların öz doğma torpaqlarına qayıdışı üçün beynəlxalq konvensiyalar əsasında bütün şərtlərin təmin edilməsi həyata keçirilməlidir.

Azərbaycan Prezidentinin nitqində verilən mesajlar, müəyyən edilən hədəflər kifayət qədər aydın və dəqiqdir. Ən vacib məsələlərdən biri bundan ibarətdir ki, bu hədəflər Azərbaycanın artan gücü, hərbi qüdrəti, iqtisadi potensialı, beynəlxalq münasibətlər sistemində qazandığı etibar fonunda daha əlçatan və real görünür. Xüsusilə də ona görə ki, bu hədəflərə nail olmaq üçün qətiyyətli siyasi iradə və inam var. Prezident İlham Əliyevin çıxışında söylədiyi fikirlər bu inamın nə qədər möhkəm və qəti olduğunu təsdiq edir: “Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar”.

Azərbaycan 2022-ci ilə böyük uğurlarla yekun vurur və 2023-cü ilə doğru daha inamla, qətiyyətlə addımlayır. Həm də dünyada baş verən təlatümlü hadisələr, qlobal güclər arasında münasibətlərin gərginləşməsi, müharibələr, iqtisadi və sosial problemlərə baxmayaraq. Cənubi Qafqazın ən güclü dövlətinin, qalib ölkənin vətəndaşı olmağın hansı duyğular yaratdığını sözlə ifadə etmək çox çətindir. Lakin, bizim müstəqillik illərində əldə etdiyimiz ən böyük uğur, ən yüksək nailiyyət milli birliyimiz və həmrəyliyimizdir. Bizim gücümüzə güc qatan, Prezident İlham Əliyevin liderliyi sayəsində güclənən bu birlik Vətən müharibəsində qazandığımız Zəfərin əsas səbəblərindən biri olduğu kimi, həm də gələcək uğurlarımızın təminatçısıdır. Biz 2023-cü ilə daha böyük zəfərlər, daha ciddi uğurlar ümidi ilə addımlayırıq. Azərbaycan Prezidenti ilə görüş bu addımların bir gün bütün Qərbi azərbaycanlıları öz doğma yurdlarına aparacağına olan inamımızı daha da qətiləşdirdi. 2023-cü il isə Azərbaycanda “Heydər Əliyev İli”dir... Ümummilli Lider Qərbi Azərbaycan haqqında belə deyirdi: “Əgər tarixi faktları araşdırmalı olsaq, onda xatırlatmalıyam ki, indiki Ermənistan ərazisi vaxtilə Azərbaycan torpaqları idi. Bir vaxtlar bu yerlər Azərbaycana məxsus olmuş, lakin 1918-1920-ci illərdə Ermənistana keçmişdir. Bir sözlə, tarixə müraciət etməli olsaq, onda görərik ki, Ermənistan Azərbaycana çox şey qaytarmalıdır”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb