Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qərbi Azərbaycan abidələri: Alagöz qalası

Bakı, 22 oktyabr, AZƏRTAC

Ələyəz (Alagöz) qalası Qərbi Azərbaycan ərazisindəki Alagöz dağının zirvəsində, dəniz səviyyəsindən 2300 metr yüksəklikdə, Alagöz kəndindən 7, İrəvan şəhərindən 50 kilometr şimalda yerləşir. Ümumi memarlıq quruluşuna görə qalanın IV-V əsrlərdə tikildiyi ehtimal olunur. Qalanın yaranma tarixi haqqında erməni mənbələrində yekdil fikir yoxdur. Alagöz qalasının adı ermənilər tərəfindən təhrif edilib və o, “Amberd” adlanırılıb. Erməni dilində “Amberd” sözü keçilməz, əlçatmaz hündürlükdə yerləşən qala kimi izah edilsə də, ermənilər tərəfindən toponimin dəyişdirilməsi vandalizm aktı kimi qiymətləndirilməlidir. Ərazinin təhlilinə gəldikdə, qalanın yerləşdiyi ərazinin oğuz yurdu olmasına heç bir şübhə yeri qalmır. Qalanın adı yer adından götürülüb.

Bu barədə AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun əməkdaşı Faiq İsmayılovun Alagöz qalası ilə bağlı məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Bir zamanlar inamlarında göy tanrılarına pərəstiş edən türklər, öz tanrılarına ibadət etmək üçün daim zirvələrə doğru gedər, orada özlərinə yurd salmağa çalışardılar. Türk xalqlarının mifik düşüncələrində Tanrı (Tenqri) əbədi göy (səma) Allahı (tanrısı), gözə görünməyən xilaskar kimi yüz illər boyu bu insanların inancında yaşayıb. Tanrıçılıq (Tenqrizm) Monqol imperiyasında din kimi istifadə olunurdu. Tanrı (Tenqri) termini Mərkəzi Asiya xalqlarının ən qədim mifoloji yaddaşına aiddir və Hun dilində (e.ə. 3-cü əsr və ondan əvvəl) meydana gəldiyi güman edilir. Hun dilində çenli (səma) adı ilə bağlıdır. Göy Allahı (tanrı) Asiyanın daha geniş paralellərində istifadə olunub. Məsələn, Tanrı (Tenqri) sözü altaylarda tenqri, xakaslarda ter, Tuvanlarda maralı, çuvaşlarda turu, yakutlarda tanqarası, monqollarda, buryatlarda tengeri və kalmıklarda tengeri kimi ifadə olunub.

Tanrı ideyası səmavi ruhların rəhbəri haqqında animistik inanclar əsasında formalaşıb və səma həm onun birbaşa təzahürü, həm də tanrının yaşayış yeri hesab edilib. Tenqri adının özü ilk dəfə Çin salnamələrində hunları təsvir edərkən işlədilib. Bu isə tanrıçılıq ideyasının hunlarla bağlı olduğunu göstərir. Görkəmli tədqiqatçı L.N.Qumilyov “Qədim türklər” kitabında göstərir ki, “Göy kultu - Tanrı” Yenisey runik qrafikası ilə Orxon yazılarında qeydə alınıb.

Sərt dağ relyefində inşa edilən Alagöz qalasının ümumi texnikası onun Qafqaz Albaniyası memarlığına aid olduğunu sübuta yetirir. Öz dövrü üçün xarakterik olan bu cür memarlıq üslubundan görünür ki, bu abidənin tikildiyi dövrdə Albaniyada Şərq xristianlığı hələ tam təşəkkül tapmamışdı.

Qala ətrafında siklop tikintilərinin çoxsaylı qalıqlarının və mağaraların mövcudluğu onun inşasının daha qədim dövrlərə aid olmasını düşünməyə imkan verir. Müxtəlif dövrlərdə qala divarlarının bərpa edilməsi və ya yenidən qurulması nəticəsində qala üçmərtəbəli olub.

XI əsrin 70-ci illərində Səlcuq türkləri qalanı nəzarətə götürərək onu yenidən tikiblər. Qala divarlarının bürcləri ərazinin relyef xüsusiyyətlərinə əsasən inşa edilib. Girişlərin yollar üzərində müvafiq qaydada yerləşdirilməsi qalanın alınmaz müdafiə sistemini təşkil edirdi. XII əsrdə Səlcuq türkləri qalanın şimal-qərb hissəsinə yeni giriş qapısı əlavə ediblər ki, bu da düşmən qoşunlarının oraya irəliləməsinin qarşısını almaq üçün nəzərdə tutulub. Bərpa zamanı qalanın divarlarına Böyük Səlcuq İmperiyasının ikibaşlı qartal gerbi yerləşdirilib.

Üçmərtəbəli qala təxminən 1500 kvadratmetr ərazini əhatə edir. Bərpa zamanı qalanın şimal tərəfi əlavə olaraq yarımdairəvi bürclərlə təchiz edilmiş güclü divarla möhkəmləndirilmişdi. Qala bürcünün cənub fasadında yuxarı mərtəbələrin pəncərələri qorunub saxlanılıb. Təhlükəsizliyə görə aşağı mərtəbədə pəncərələr olmayıb. Bürclərin hər mərtəbəsində masa şəklində kiçik otaq var idi. Qalanın ümumi mənzərəsinə nəzər saldıqda yaşayış evlərindən başqa, orada hamamın, kiçik kilsənin və yeraltı keçidlərin olduğu görünür.

Qala divarlarının cənub tərəfində, ondan bir qədər aralıda XI əsrdə tikildiyi güman edilən kiçik kilsə yerləşir. Kilsə xaricdən düzbucaqlı planda, daxildən çarpaz dairəvi mərkəzi hissəsi günbəz formasındadır. Çarpaz qanadların dörd küncündə ikimərtəbəli tonozlar olan kilsə Gəncəsər monastırı daxilindəki kilsənin oxşarıdır. Günbəz paket formalı zirvə ilə bitən 12 haşiyəli tağların künclərindən yuxarıya doğru qalxan tağlara söykənir.

Damın ağırlığını yüngülləşdirmək üçün bir-birinə paralel sütunlardan istifadə edilib. Kilsənin xarici görünüşünün memarlıq həlli isə belədir - Şərq fasadında bir cüt şaquli taxça yerləşdirilib, digər fasadlar düzdür. Cənub fasadında sütunlarla bəzədilmiş tağlı giriş qapısı var. Kilsə divarlarına müasir erməni dilində bir neçə yazı yerləşdirilib. Onlar kilsəni mənimsəmək üçün çox güman ki, ötən əsrin əvvəllərində ərazi ermənilərin nəzarətinə verildikdən sonra onlar tərəfindən yazılıb.

Kilsənin yaxınlığında yardımçı qurğular, daxili sisternlər və qazanxana ilə təchiz edilən hamam xüsusi maraq doğurur. Kiçik soyunub-geyinmə otağı, nisbətən geniş üzgüçülük zalı, qərb tərəfdə istirahət üçün ikimərtəbəli otaqları, su qızdırıcı qazanı və su anbarı olan bu hamam Azərbaycanın tipik hamam memarlığının unikal nümunələrindən biridir.

Hamam X-XI əsrlərdə yonulmuş və cilalanmış daşlarla tikilərək yeraltı istilik sistemi ilə təmin edilib. Hamama soyuq su 4-5 kilometr məsafədən gil borularla gətirilib. Döşəmənin altından keçən sobanın tüstü borusu üzgüçülük zalının döşəməsini və divarlarını qızdırırdı. Hazırda qala, kilsə və hamam baxımsız vəziyyətdədir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır