Qətər Əmiri FIFA-nın Əməliyyat Mərkəzində olub
Qahirə, 15 noyabr, AZƏRTAC
Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani futbol üzrə dünya çempionatı ərəfəsində FIFA-nın Dohadakı Əməliyyat Mərkəzini ziyarət edib.
AZƏRTAC xəbər verir ki, FIFA-nın prezidenti Canni İnfantino bu mərkəzin fəaliyyəti barədə Qətər Əmirinə məlumat verib. O qeyd edib ki, burada yüksək peşəkarlıq səviyyəsinə malik olan mütəxəssislər noyabrın 20-dən dekabrın 18-dək oynanılacaq 64 matçın hər birinə nəzarət edəcəklər. Mərkəzin əməkdaşları, həmçinin qonaqların qarşılanması, görüşlərin, brifinqlərin təşkili məsələlərini də həyata keçirəcəklər.
Görüşdən sonra bildirilib ki, məşhur italyan hakim Pyer Luici Kollinanın rəhbərlik etdiyi FIFA-nın Hakimlər Komitəsi noyabrın 18-də Dohada mətbuat konfransı keçirəcək. Konfransda FIFA-nın hakimlər direktoru Massimo Busakka və texnologiya və innovasiyalar üzrə direktoru Yohannes Holtsmüller iştirak edəcəklər. Hazırda dünya çempionatının oyunlarını idarə edəcək hakimlər Qətər stadionlarında yekun hazırlıq düşərgəsində iştirak edirlər.
Qeyd edək ki, dünya çempionatının oyunlarını 36 hakim, 69 köməkçi hakim və 24 VAR hakimi idarə edəcək.
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [15:21]
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb
- 05.06.2026 [15:04]
Bakıda aerobika və akrobatika gimnastikası üzrə Dünya Kuboku start götürüb
- 05.06.2026 [14:57]
Toral Bayramov “Bursaspor”a keçidinin səbəbini açıqlayıb
- 05.06.2026 [14:45]
Veteran qapıçı: Minifutbol millisindəki uğurların əsas açarı baş məşqçidir
- 05.06.2026 [14:11]
Güləş üzrə Azərbaycan yığmaları mötəbər yarışlara bölgələrdə hazırlaşır
- 05.06.2026 [13:26]