Qətərdə “Taliban” hərəkatı və Əfqanıstan hökuməti arasında sülh danışıqları başlayıb
Bakı, 12 sentyabr, AZƏRTAC
Sentyabrın 12-də Qətərin paytaxtı Dohada “Taliban” hərəkatı ilə Əfqanıstan hökuməti arasında sülh danışıqları başlayıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, danışıqlarda Əfqanıstan hökumətinin nümayəndə heyətinə Milli Barışıq üzrə Ali Şuranın sədri Abdullah Abdullah, “Taliban” hərəkatının nümayəndə heyətinə isə Mövlavi Əbdül Hakim başçılıq edir. Danışıqların əsas mövzusu atəşkəs rejimi və münaqişənin siyasi yolla nizamlanması olacaq.
Danışıqlar prosesinin açılışında çıxış edən Abdullah Abdullah vurğulayıb ki, “bu gün müharibənin sona çatması günü kimi yadda qalacaq”. Onun sözlərinə görə, “tərəflər Əfqanıstana sülh gətirməkdə tam qətiyyətlidir”.
Bir müddət öncə, sentyabr ayında Əfqanıstanın Birinci vitse-prezidenti Əmrullah Saleh bunun “tarixdə ən çətin sülh danışıqları olacağını” deyib.
Qeyd edək ki, 19 il bundan öncə, 2001-ci il 11 sentyabr hadisələrindən sonra ABŞ qoşunları Əfqanıstanda hərbi əməliyyatlara başlayıb. Bu, ABŞ tarixində ən uzun sürən hərbi kampaniya olub. Birləşmiş Ştatlar münaqişə dövrü ərzində 2,4 mindən çox hərbçisini itirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [20:58]
İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik
- 23.09.2026 [20:13]
Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]