QƏZƏLXAN HƏKİM QƏNİNİN YARADICILIQ GECƏSİ
Poeziya evinin direktoru Şahin Verdiyev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, gecədə çıxış edən natiqlər ömrünün 85-ci ilinə qədəm qoymuş Həkim Qəninin peşəkar həkimlik fəaliyyətindən, söz ustası kimi böyük ilhamla əruz vəznində yazdığı aşiqanə məzmunlu qəzəllərindən danışmış, onların bədii dəyərindən söhbət açmışlar.
Həkim Qəni Məhəmməd Füzulinin yüz qəzəlinin rus dilinə tərcümə olunması üçün səmərəli fəaliyyət göstərmiş, burada yalnız şəkil, qafiyə yox, həm də məzmun və bədii məntiq məsələlərini qoruyub saxlamaqla eyni zamanda həmin qəzəllərə gözəl təxmislər də yazmışdır. “Füzulinin yüz qəzəlinə təxmislər” və “Füzulinin yüz qəzəlinin rus dilinə tərcüməsi” kitabları qəzəlxanı bir sıra xarici ölkələrdə tanıtmışdır.
Həkim Qəni yaradıcılığına göstərilən diqqətə görə minnətdarlığını bildirmişdir.
Sonra şərqşünas Nəcibə Nəcibin “Araz” nəşriyyatında nəfis tərtibatla yeni çapdan çıxmış “Söz–sənət dühası Həkim Qəni” adlı kitabı tədbir iştirakçılarına təqdim olunmuşdur.
Axırda muğam ustalarının ifasında Həkim Qəninin qəzəlləri səslənmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [23:20]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [22:14]
Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO
- 12.06.2026 [16:29]
Gürcüstandakı Azərbaycan teatrı ötən il 10 tamaşa hazırlayıb
- 12.06.2026 [16:03]