Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qida Təhlükəsizliyi İnstitutu vakant yerlərə işçi qəbulu elan edir

Qida Təhlükəsizliyi İnstitutu vakant yerlərə işçi qəbulu elan edir

Bakı, 20 iyun, AZƏRTAC

Qida Təhlükəsizliyi İnstitutu insanların həyat və sağlamlığının qorunması üçün qida təhlükəsizliyi sisteminin səmərəli təşkili, qida təhlükəsizliyi sahəsində elmi-praktiki araşdırmaların və tədqiqatların aparılması, qida məhsullarının təhlükəsizlik və minimum keyfiyyət göstəriciləri üzrə ekspertiza və tədqiqat (ölçmə) xidmətlərinin göstərilməsi, qida təhlükəsizliyinə dair beynəlxalq standartların qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən subyektlər tərəfindən könüllü tətbiq edilməsi ilə əlaqədar tələb olunan sənədlərin və tövsiyələrin hazırlanması, məsləhətlərin verilməsi və təlimlərin keçirilməsi, layihələndirmə-dizayn və konsaltinq işlərinin aparılması məqsədilə müvafiq ixtisasa yiyələnmiş və ya beynəlxalq sertifikatı olan ali təhsilli mütəxəssisləri əməkdaşlığa dəvət edir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin məsələlərlə əlaqədar qida mühəndisi, həkim-gigiyenaçı, baytar həkim, fitosanitar və memar ixtisası olan namizədlər müraciət edə bilərlər. Namizədlər mövzu yerində mütəxəssisi olduğu sahənin adını qeyd etməklə anket formasını bu il iyulun 10-dək [email protected] ünvanına göndərməlidirlər.

Namizədlərdən bir sıra bilik və bacarıqlar tələb olunur.

Qida mühəndisi qida məhsullarının istehsalı texnologiyası, daşınması, qəbulu, saxlanması, emalı və qablaşdırma qaydasını; qida məhsulları ilə birbaşa təmasda olan müxtəlif tipli materiallara olan tələblər və onlardan düzgün istifadə qaydalarını, qida məhsulları üçün etiket məlumatlarının tərtibi qaydalarını, istehsal sahəsində istifadə olunan avadanlıq və ləvazimatların təsnifatı və təyinatını, istehsalda istifadə olunan kimyəvi təmizlik maddələrinin təsnifat və istifadə qaydalarını, dövlət standartları, İSO, HACCP qaydalarını; GMP (Good Manufacturing Practices - yaxşı istehsalat təcrübəsi) və GHP (Good Hygiene Practices - yaxşı gigiyena təcrübəsi) proqramlarını, HACCP sistemi (Hazard Analysis and Critical Control Point - Təhlükələrin Analizi və Kritik Nəzarət Nöqtələri) çərçivəsində istehsal müəssisələrində tətbiq olunan qida təhlükəsizliyi sistemi sənədlərinin hazırlanması və idarə olunması qaydalarını, istehsal sahələri və ictimai iaşə müəssisələrində sanitariya və gigiyena qaydalarının nəzəri və praktiki tətbiqi üsullarını bilməlidir.

Həkim-gigiyenaçı sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə riayət edilməsinə, sanitariya-gigiyenik və epidemiya əleyhinə (profilaktik) tədbirlərin təşkili və aparılmasına nəzarəti həyata keçirmə qaydalarını, qida təhlükəsizliyi sahəsində bina və tikililərin tikintisi üçün torpaq sahələrinin seçilməsi və ayrılması, tikinti layihələrinin sanitariya-epidemioloji ekspertizası, tikintisi başa çatmış obyektlərin istismara verilməsi qaydalarını, qida mənşəli xəstəliklərin və qida zəhərlənmələrinin yaranmasına səbəb olan mikroorqanizmlər haqqında məlumatlı olmaqla, əhali arasında qida zəhərlənmələrinin baş verməsi, yayılmasının səbəbləri və şəraitini müəyyən etmək, qida zəhərlənməsi hallarının təhqiqatını aparmaq qaydalarını, qida məhsullarının sanitariya-epidemioloji ekspertizası, sanitariya-gigiyenik araşdırma, müayinə, tədqiqat, sınaq, eləcə də tibbi-profilaktik (dezinfeksiya, dezinseksiya, deratizasiya), toksikoloji, gigiyenik və digər qiymətləndirmə tədbirlərinin həyata keçirilməsi qaydalarını, qida təhlükəsizliyi sahəsində tərtib edilən sənədlərin sanitariya-epidemioloji nöqteyi-nəzərdən araşdırılması, qiymətləndirilməsi, vaxtında və keyfiyyətli rəsmiləşdirilməsi qaydalarını bilməlidir.

Baytarlıq üzrə mütəxəssis baytarlıq ləvazimatını və baytarlıq apteklərində dərmanların gigiyenik qaydalara uyğun saxlanması qaydalarını, heyvandarlıq binalarının dezinfeksiya edilməsi, xəstə heyvanların izolyatorlarda müalicəsi, ölmüş heyvanlar üçün “yarma protokolunu”n tərtib edilməsi və utilizasiyası qaydalarını, yoluxucu xəstəliklərin müəyyən edilməsi və qarşısını almaq üçün lazımi profilaktiki tədbirlərin həyata keçirilməsi qaydalarını, baytarlıq-sanitariya və müalicə-profilaktika işlərinin baytarlıq nizamnamələri və müvafiq təlimatlar əsasında aparılma qaydalarını, heyvandarlıq sahəsində bina və tikililərin ayrılması, inşa üçün torpaq sahələrinin seçilməsi, heyvandarlıq müəssisələrinin istismara verilməsi qaydalarını, təsərrüfatda heyvandarlıq məhsullarının saxlanmasına və diri heyvanların satışına nəzarətin aparılması qaydalarını, balıq yetişdirmə nohurlarında və arıxanalarda baytarlıq-sanitariya qaydalarını, balıq və arı xəstəliklərinə qarşı aparılan müalicə tədbirlərini bilməlidir.

Fitosanitariya üzrə mütəxəssis karantin tətbiq edilən zərərli orqanizmlərin daxil olmasının və yayılmasının qarşısını almaq üçün fitosanitar tədbirlərin təşkili və həyata keçirilməsi qaydalarını, bitki və bitkiçilik məhsullarının istehsalı, yığılması, tədarükü, satışı, saxlanması və daşınması zamanı fitosanitar normalara əməl edilməsi qaydalarını, fitosanitar nəzarətində olan karantin obyektlərinin təhlükəsizliyinə nəzarət edilməsi, zərərli orqanizmlərlə sirayətlənmənin başvermə və yayılma səbəbləri və şəraiti üzrə müşahidənin aparılması, onların qarşısının alınması və ləğvi üçün icrası məcburi olan fitosanitar tədbirlərin müəyyən edilməsi və həyata keçirilməsi qaydalarını, pestisidlərin, bioloji preparatların və digər bitki mühafizə vasitələrinin istehsalı, idxalı, ixracı, saxlanması, satışı və tətbiqi qaydalarını, əkin sahəsində və digər kənd təsərrüfatına yararlı torpaqlarda aqrokimyəvi tədqiqat işlərinin aparılması və kartoqramların hazırlanması qaydalarını, bitkilərin becərilməsi, suvarılması, texnoloji işlərin fasiləsiz və vaxtında aparılması qaydalarını; zərərvericilərə qarşı mübarizə işlərini, mineral və üzvi gübrələrin saxlanması və sahələrə verilməsi qaydalarını, bitkiçilik sahəsində əməyin təhlükəsizliyi və texnikanın təhlükəsiz istismarı, ekoloji mühitin qorunması qaydalarını bilməlidir.

Memar isə qida sahəsində fəaliyyət göstərən müəssisələrdə qida təhlükəsizliyinə dair standartların tələblərini və konsaltinq xidmətlərinin göstərilməsinə dair məlumatları, qida məhsulları sahəsində fəaliyyət göstərən müəssisələrin yerli və beynəlxalq standartların tələblərinə uyğun dizaynı və layihələndirilməsini, qida təminatı müəssisələrinin texnoloji axın ardıcıllığı prinsiplərinə uyğun əsas və yardımçı sahələrinin bölgüsü ilə bağlı işin təşkil olunması qaydalarını, müəssisələrin beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması prosesi ilə bağlı məsləhətlərin verilməsi sahəsində təcrübəni, müəssisələrin texnoloji layihələndirilməsi mərhələlərinin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu barədə məlumatı bilməlidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vens: ABŞ-İran sazişi Yaxın Şərqi növbəti 50 ildə dəyişə bilər

İran xarici işlər nazirinin müavini ABŞ ilə əldə olunmuş razılaşmanı təsdiqləyib

Kiyevə kütləvi raket zərbələri endirilib, dağıntılar və xəsarət alanlar var – YENİLƏNİB

ABŞ Prezidenti İsveçrədə İranla sazişin imzalanması mərasimində şəxsən iştirak edə bilər

Tramp: Bu böyük saziş bütün regiona sülh və təhlükəsizlik gətirəcək

BMT Baş katibi sülh razılaşmasına görə ABŞ və İranı təbrik edib

Dünya çempionatı: Niderland və Yaponiya milliləri heç-heçə ediblər

Tramp Hörmüz boğazının tam açıldığını və blokadanın aradan qaldırıldığını elan edib

ABŞ və İran sülh sazişi üzrə razılığa gəliblər, imzalanma iyunun 19-na təyin olunub

Konqoda “Ebola” virusundan ölənlərin sayı 180 nəfəri ötüb

Lev İvanov: Övladlarımıza səhvlərimizi və mənfi emosiyalarımızı deyil, sevgi, sevinc və xoşbəxtlik ötürməliyik

Naxçıvanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib

“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib

Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub

Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb

Diaz Ahmetjanov: Tatar xalqının milli “Sabantuy” bayramı İçərişəhərdə ilk dəfə təşkil edilir

Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb

Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb

Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb

Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfərə edəcək

Azərbaycanın qazandığı uğurların əsasında 33 il əvvəl formalaşdırılan dövlətçilik modeli dayanır- ŞƏRH

Putin və Tramp arasında telefon danışığı olub

Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib

Üçüncü Beynəlxalq Mənəvi və Bədən Təcrübələri Festivalı – “Nine Senses Fest 2026” başa çatıb

Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib

İçərişəhərdə tatar xalqının “Sabantuy” milli bayramı təntənəli şəkildə qeyd olunub

Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ

Siklon Avropanı ağuşuna alır: Aidiyyəti qurumlar yüksək hava şəraitinə hazırlaşır

Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib

G7 sammiti öncəsi Evian-le-Bən və Cenevrədə misli görünməmiş təhlükəsizlik tədbirləri

Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub

Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb

Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir

Tramp İranla sülh müqavilənin yaxın 2-3 saat ərzində imzalanmasının gözlənildiyini deyib

Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

Bu saata olan əsas xəbərlər

“Axios”: İsrail ABŞ tərəfini Livanın cənubuna bugünkü hücumla bağlı qabaqcadan məlumatlandırıb

Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib

Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər

Zelenski ilə Tramp arasında telefon danışığı olub

FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb

Tramp: İranla sülh sazişinə çox yaxın olduğumuz bir gündə Beyruta hücum baş verməməli idi

Qahirədə qeyri-adi əməliyyat: Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarılıb

Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəlib

İsrail Beyrutun cənubundakı hədəflərə zərbələr endirib

Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb

“Gimnastika hamı üçün” festivalı başa çatıb

Baş katib: “Gimnastika hamı üçün” festivalına maraq ildən-ilə artır

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri – tarixi faktlar və rəylər

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Oğuzda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib