Qılıncoynatmanın üç silah növü üzrə oğlanlar və qızlar arasında respublika birinciliyi keçirilib
Bakı, 19 mart, AZƏRTAC
Azərbaycan Texniki Universitetinin İdman Sarayında “Təhsil” Respublika İdman Mərkəzinin gəncləri arasında respublika birinciliyi keçirilib.
Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 100-ə yaxın iştirakçının qatıldığı turnirdə üç silah növü üzrə oğlanlar və qızlar arasında qaliblər müəyyənləşib.
Oğlanlar arasında şpaqa yarışında birinci yeri Barat Quliyev, qızların mübarizəsində isə Nazilə Rəhimova tutublar. Sablya yarışında isə oğlanlardan Saleh Məmmədov, qızların yarışında Fidan Quliyeva, rapira üzrə mübarizədə isə müvafiq olaraq Məhəmməd Nuriyev və Kamilla Məmmədova fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.