QIRĞIZISTANDA KORRUPSİYA İLƏ MÜBARİZƏ ORQANLARI İQTİSADİ CİNAYƏTKARLIĞA QURŞANMIŞLAR
Qırğızıstan Prezidenti Əsgər Akayev Təhlükəsizlik Şurasının iclasında bildirmişdir ki, ölkədə korrupsiya ilə mübarizə orqanları özləri tədricən korrupsiyaya və iqtisadi cinayətkarlığa qurşanmışlar.
Dövlət başçısının fikrincə, Qırğızıstanda qüvvədə olan antikorrupsiya qanunları həddindən çox yumşaqdır və “onları sərtləşdirmək lazımdır, yoxsa, korrupsiya cəzasız qalacaqdır”. O demişdir ki, hazırda ölkədə xəlvəti iqtisadiyyatın dövriyyəti təqribən 20 faizdir və bununla mübarizə aparmaq zəruridir. Korrupsiyanın qarşısını almaq üçün dövlət səviyyəsində xüsusi sistem yaratmaq və onun həyata keçirilməsi ilə planlı və ardıcıl şəkildə məşğul olmaq gərəkdir.
Təhlükəsizlik Şurasının iclasında korrupsiya ilə mübarizə və ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi məsələləri müzakirə olunmuşdur. Bu iclasdan sonra prezidentin bir sıra məmurları vəzifədən uzaqlaşdırmaq barədə qərar çıxaracağı istisna olunmur. Əsgər Akayev açıq-aydın anlatmışdır ki, indi energetikada və korrupsiya ilə mübarizə sahəsində yaranmış vəziyyət onu qane etmir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:46]
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
- 16.06.2026 [16:39]
Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb
- 16.06.2026 [15:24]
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər inkişaf etdirilir
- 16.06.2026 [14:56]
Türk ekspert: Şuşa Bəyannaməsi təhdidlərə qarşı səmərəli mexanizmdir
- 16.06.2026 [14:04]