Qırğızıstanda prezident seçkiləri 2027-ci ildə keçiriləcək
Bakı, 17 fevral, AZƏRTAC
Qırğızıstanda prezident seçkiləri 24 yanvar 2027-ci il tarixinə təyin edilib. Bu qərar ölkənin Konstitusiya Məhkəməsi tərəfindən qəbul olunub.
AZƏRTAC TASS-a istinadla xəbər verir ki, Konstitusiya Məhkəməsi bildirib: “Qırğız Respublikasında növbəti prezident seçkiləri “Qırğız Respublikası Prezidentinin və Qırğız Respublikası Yoqorqu Keneşinin deputatlarının seçkiləri haqqında” Qırğız Respublikası Konstitusiya Qanununun 10-cu fəslinə uyğun olaraq 2027-ci il yanvarın dördüncü bazar günü (24 yanvar 2027-ci il) keçiriləcək. Tarix Yoqorqu Keneş (parlament) tərəfindən seçki günündən ən gec dörd ay əvvəl (24 sentyabr 2026-cı il tarixindən gec olmayaraq) təyin edilməlidir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [17:37]
Çexiyada işsizlik 4,4 faizə yüksəlib
- 10.08.2026 [16:58]
Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO
- 10.08.2026 [16:56]
AI bumu fonunda retrokompüterlərə maraq artır
- 10.08.2026 [15:23]
İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb
- 10.08.2026 [14:52]