QIRĞIZISTANDA RUS DİLİNƏ RƏSMİ STATUS VERƏN MADDƏNİN ÖLKƏ KONSTİTUSİYASINDAN ÇIXARILMASI TƏLƏB EDİLİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Qırğızıstanda qeyri-hökumət və siyasi təşkilatları birləşdirən Dövlət Dilinin Müdafiəsi üzrə Qərargah rus dilinə rəsmi status verən maddənin ölkə Konstitusiyasından çıxarılmasını tələb edir. Qərargahın yaydığı məlumatda deyilir ki, ancaq qırğız dilinin rəsmi dövlət statusu olmalıdır. Çünki rus dilinə rəsmi status verildikdən sonra demək olar ki, ölkədə bütün tədbirlər bu dildə keçirilir, qırğız dili isə küncə sıxışdırılır. Tanınmış alim, yazıçı, siyasi və ictimai xadimləri öz ətrafına yığan Qərargah problemin müzakirəsi ilə bağlı xalq yığılncaqları keçirməyi nəzərdə tutur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:40]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:30]
Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]