Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qivami Rəhimli: “İrəvan xanlığının mətbəxi” – qədim Azərbaycan yurduna dair dəyərli ensiklopedik mənbədir

Qivami Rəhimli: “İrəvan xanlığının mətbəxi” – qədim Azərbaycan yurduna dair dəyərli ensiklopedik mənbədir

Bakı, 3 iyun, AZƏRTAC

İstanbulda yenicə nəşr olunmuş “İrəvan xanlığının mətbəxi” kitabının ingilis dili versiyası Azərbaycan Milli Kulinariya Assosiasiyanın (AMKA) ölkəmizin tarixi, mədəniyyəti və mətbəxini beynəlxalq arenada tanıtmaq istiqamətində atdığı növbəti addımdır. Kitabın ingilis dilindəki nəşrinə xeyriyyəçi Rəşid Hüseynov dəstək olmuşdur.

“İrəvan xanlığının mətbəxi” kitabının müəllifləri Azərbaycan Milli Kulinariya Assosiasiyasının sədri, Əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanov, AMKA-nın fəxri üzvü, Əməkdar mədəniyyət işçisi Oruc Əliyev və AMKM-in baş texnoloqu, Respublika Gənclər Mükafatı laureatı Aygül Əsgərovadır.

Çoxillik tədqiqatların məhsulu olan bu kitab istər tarixi-etnoqrafik, istərsə də milli-mənəvi baxımdan çox aktual bir mövzuya – İrəvan azərbaycanlılarının, indi Ermənistan adlanan dövlətin ərazisinin yerli sakinləri olmuş soydaşlarımızın qədim mətbəx mədəniyyətinə həsr edilib.

Bu fikirlər Bakı Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru, kitabının layihə rəhbəri Qivami Rəhimlinin AZƏRTAC-a təqdim etdiyi “İrəvan xanlığının mətbəxi” – qədim Azərbaycan yurduna dair dəyərli ensiklopedik mənbədir” məqaləsində yer alıb. Yazını təqdim edirik.

Kitabda İrəvan mətbəxinə aid çoxsaylı qida məhsullarının, zəngin çeşidli mətbəx ləvazimatlarının, 413 növdə yemək, içki adları və onların hazırlanması qaydaları verilir. AMKA bu məqsədlə əslən İrəvan bölgəsindən zaman-zaman didərgin düşmüş soydaşlarımızı müxtəlif tədbirlərə cəlb edərək onlardan müsahibə alıb, bir çox tarixi, etnoqrafik, digər elmi mənbələri araşdırıb.

2020-ci ilin noyabrında Fransanın Paris şəhərində keçirilən “Gourmand World Cookbook Awards” beynəlxalq müsabiqəsində İrəvan mətbəxinə aid bu kitab kulinariya mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilərək “Əyalət mətbəxi” nominasiyasında “Dünyanın ən yaxşı kulinariya kitabı” mükafatına layiq görülüb.

Bu kitab, həmçinin İsveçin Karlskoqa şəhərindəki Alfred Nobel muzeyində (Alfred Nobels Bjorkborn in Karlskoga, Sweden) sərgilənir.

“İrəvan xanlığının mətbəxi” kitabının əsas məqsədi milyonlarla azərbaycanlının – xüsusilə də 1828-ci ildən bəri İrəvan xanlığından zorla çıxarılaraq dünyanın müxtəlif bölgələrinə səpələnmiş yüz minlərlə insanın kulinariya irsini qorumaq və yaşatmaqdır. Bu ensiklopedik əsər bir zamanlar İrəvan xanlığı ərazisində yaşamış azərbaycanlıların zəngin kulinariya irsini sənədləşdirir.

Mətbəx, hər bir xalqın tarixini, ənənələrini və dünyagörüşünü əks etdirən ən davamlı mədəniyyət sahələrindən biri hesab olunur. Bu baxımdan kitab İrəvan xanlığı ərazisində formalaşmış və azərbaycanlılara məxsus olan ənənəvi mətbəx və irsin assimilyasiya və tarixi silinmə təhlükəsindən qorunmasına xidmət edir.

İrəvan xanı nəslindən olan Əmir Əli Sərdari İrəvani bu kitabın əhəmiyyətini belə vurğulayır: “…İrəvanın yerli sakinlərinin – ata-baba torpağından zorla qovulmuş insanların xalq ənənələrini toplamaq ideyası böyük uğurdur. Bu kitab – əsl şah əsərdir, bizim kulinariya tariximizin mədəniyyət xəzinəsi olan yeməklərin toplusudur və bu, gələcək nəsillər üçün qorunub saxlanılacaq”.

Tarix boyu İrəvan xanlığında yaşamış azərbaycanlı əhali məcburi köçkünlük və mədəni irsin silinməsi təhlükəsi ilə üzləşmişdir. Ermənistanın bu bölgənin yerli əhalisinin mədəni və kulinariya irsini mənimsəmə cəhdləri bu gün də ciddi narahatlıq doğurur. Buna biz bir daha 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun azad etdiyi Qarabağda Azərbaycan milli və mədəni irsinin dağıdılmasının, tarixi abidələrinin mənimsənilməsinin şahidi olduq.

 

Azərbaycan Milli Kulinariya Assosiasiyası ölkənin kulinariya irsinin beynəlxalq səviyyədə sənədləşdirilməsi və tanıdılması istiqamətində aparıcı rol oynayır. Tarixi araşdırmalar, beynəlxalq kulinariya forumlarında iştirak və bu kimi elmi nəşrlər vasitəsilə AMKA müxtəlif mədəniyyətlərin hekayələrini beynəlxalq ictimaiyyətlə çatdırır və Ermənistanın saxtakarlıqlarını ifşa edir.

Tarixi və etnoqrafik mənbələrin geniş spektrini bir araya gətirən “İrəvan xanlığının mətbəxi” kitabı İrəvan xanlığının yerli azərbaycanlı əhalisinin kulinariya mədəniyyəti və maddi irsi haqqında dolğun və canlı bir təəssürat yaradır. Kitab azərbaycanlıların gündəlik həyatına kulinariya nöqteyi-nəzərindən yanaşaraq əkinçilik alətləri, mətbəx ləvazimatları, yüzlərlə ənənəvi yemək və içkilərin adları və hazırlanma üsulları barədə ətraflı məlumat verir.

Kitabda ümumilikdə Qərbi Azərbaycan mətbəxinə aid olan və həmin bölgənin əhalisinin yaratdığı maddi mədəniyyətin qədimliyini və zənginliyini göstərən çoxsaylı tarixi-etnoqrafik faktlar toplanıb. Tədqiqat işlərindən aydın olur ki, 1960-cı ildə Ermənistan SSR Elmlər Akademiyası Göyçə və Zəngəzur mahallarında azərbaycanlıların yaşadıqları kənd və qəsəbələrdən toplanmış yemək adları və hazırlanma üsullarını saxtalaşdıraraq “erməni mətbəxini bərpa etmək” adı altında “Армянская кулинария” adlı kitab nəşr etdirib. “İrəvan xanlığının mətbəxi” kitabının vərəqlədikcə ermənilərin İrəvan xanlığında yaşamış azərbaycanlıların mətbəxini mənimsəyərək onları “erməni yeməkləri” kimi təqdim etmək cəhdləri ifşa olunur - boranı, əriştə, xəşil, küftə, dolma, qovurma, bozartma, kətə, lavaş, pendir, göyüplov, odplov, müəmmərplov və imam bayıldı kimi bir çox yeməklərin adlarının və kulinariya köklərinin açıq-aşkar Azərbaycan mənşəyinin şahidi olursan. Tarixi təhriflərə baxmayaraq, dil və mədəniyyət sübutları bu yeməklərin Azərbaycan xalqına məxsus olduğunu təsdiqləyir.

Beynəlxalq ictimaiyyətin mədəni irsin düzgün mənimsəməsi vacib bir məsələdir. Ermənistanın iddialarına baxmayaraq, 2016-cı ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsi “lavaş”ı türk xalqlarının ortaq ənənəsi olan çörək kimi, 2017-ci ildə isə “dolma”nı Azərbaycana məxsus mətbəx növü kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil etmişdir.

Kitabın özəlliklərindən biri də İrəvan xanlığının mədəni irsini, Azərbaycan və İslam dini mədəniyyətini əks etdirən tarixi şəkillərin – Sərdar sarayı, İrəvan məscidləri, karvansara və İrəvan şəhərinin tarixi mərkəzini təşkil etmiş, sonralar məhv edilmiş digər memarlıq abidələri haqqında fotosənədlərin nəşrdə yer almasıdır.

Bunların arasında Gürcüstan Milli Muzeyinin arxiv materiallarına və rus şərqşünası və fotoqrafı Dmitri Yermakovun (1845–1916) çəkdiyi fotoşəkillərə, eləcə də II Nikolay tərəfindən Sərdar sarayının bərpası ilə bağlı sənədlərə istinadlar var. Bütün bu mənbələr İrəvan xanlığının ta qədimdən azərbaycanlıların yaşadığı bir ərazi olduğunu təsdiqləyən tutarlı sübutlardır.

Tarixi sənədlərə və etnoqrafik tədqiqatlara əsaslanan “İrəvan xanlığının mətbəxi” kitabı yalnız kulinariya barədə deyil, həm də azərbaycanlıların tarixən yaşadığı bir bölgənin maddi və mənəvi irsi haqqında dəyərli ensiklopedik bir mənbədir.

Kitab, həmçinin Azərbaycanın tarixi həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və 30 ilə yaxın Ermənistanın işğalı altında olmuş torpaqları geri qaytararaq ərazi bütövlüyümüzün tam bərpasından sonra barışın təşviqinə yönəlmiş milli səyləri əks etdirir. Bu kontekstdə “İrəvan xanlığının mətbəxi” kitabı Prezident İlham Əliyevin beynəlxalq ictimaiyyətə ünvanladığı əsas çağırışlara, xüsusilə də “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” bəyanatında ifadə olunan fikirlərə söykənir. Prezidentin bu bəyanatı Azərbaycan və Ermənistan arasında davam edən sülh danışıqlarını, davamlı sabitliyin təmin olunması məqsədini və ata-baba yurdlarından zorla qovulmuş azərbaycanlıların hüquqlarının qorunmasının vacibliyini vurğulayır. Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın azərbaycanlıların bölgədəki mövcudluğunu “problem” kimi təqdim edən və azərbaycanlılara qarşı etnik təmizləməni, Azərbaycan torpaqlarının işğalını “600 illik problemin həlli” kimi xarakterizə edən ayrı-seçkilik ritorikasının yolverilməz olduğu qeyd olunur. Ermənistanın nəhayət bu ədalətsizlikləri aradan qaldıraraq, beynəlxalq hüquq qarşısında götürdüyü öhdəlikləri yerinə yetirib, Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarını bərpa edib onların tarixi torpaqlarına qayıdışı üçün şərait yaradacağına ümid bəslənilir.

Prezident İlham Əliyevin “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” adlı bəyanatını BMT katibliyi Təhlükəsizlik Şurası və Baş Assambleyanın rəsmi sənədləri kimi yayımlayıb. Bu isə məsələnin beynəlxalq əhəmiyyətini və ədalətin dinc və hüquqi yollarla təmin edilməsinin vacibliyini bir daha önə çıxarır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub