ELM VƏ TƏHSİL
Qiymətli kağızlar bazarında risklərin ölçülməsi metodlarına dair elmi seminar
Bakı, 3 aprel, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin İqtisadi kibernetika kafedrasında “Qiymətli kağızlar bazarında səhmlərin gəlirliliyinin və risklərin ölçülməsi metodları” mövzusunda elmi seminar keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Kafedranın müəllimi Namiz Baxışov mövzu ilə bağlı məruzə edib. O, maliyyə və qiymətli kağızlar bazarı haqqında danışıb.
Məruzə ölkədəki qiymətli kağızlar bazarının inkişafı və perspektivləri, maliyyə bazarlarına təsir edən amillər, risklərin idarə edilməsi, valyuta məzənnəsinin sabitliyinin qorunması və s. ilə bağlı məsələləri əhatə edib. Həmçinin səhmlərin gəlirliliyinin və risk dərəcəsinin ölçülməsinin metodları göstərilib, nəticələr təhlil edilib.
Sonra iştirakçıların sualları cavablandırılıb.