QİYMƏTLİ KAĞIZLARLA BAĞLI BİR SIRA NORMATİV AKTLARA ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏR EDİLMİŞDİR
Komitənin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, “Qiymətli kağızlar bazarında peşəkar fəaliyyəti həyata keçirən hüquqi və fiziki şəxslərin peşəkar fəaliyyətin növləri ilə eyni zamanda məşğul olması üzrə Tələblər”in 1-ci, 2-ci, 4-cü, 6-cı bəndlərinə, “Qiymətli kağızlar bazarında broker fəaliyyətinin həyata keçirilməsi Qaydaları”nın 5.3-cü, 5.4-cü, 6.2.1-ci bəndlərinə, “Qiymətli kağızlar bazarında diler fəaliyyətinin həyata keçirilməsi Qaydaları”nın 2.3-cü bəndinə, “Qarşılıqlı öhdəliklərin müəyyən edilməsi üzrə fəaliyyətin (klirinqin) həyata keçirilməsi Qaydaları”nın 4.10-cu bəndinə, “Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının öz-özünü tənzimləyən təşkilatlarının fəaliyyəti Qaydaları”nın 1.3-cü, 1.6-cı, 2.2.4-cü, 9.4-cü bəndlərinə (bu qaydaların 7.5-ci bəndi və 3-cü,4-cü, 5-ci, 6-cı bölmələri çıxarılmışdır), “Qiymətli kağızlar bazarında çirkli pulların yuyulmasının və terrorizmin maliyyələşdirilməsinin qarşısının alınması məqsədi ilə qiymətli kağızlar bazarının peşəkar iştirakçıları tərəfindən tədbirlərin görülməsi haqqında Qaydalar”ın 2.4.1-ci bəndinə, “Qiymətli kağızlarla alqı-satqı əqdlərinin bağlanma Qaydaları”nın 2.8.1-ci, 2.8.2-ci, 2.8.3-cü bəndlərinə əlavələr və dəyişikliklər edilmişdir.
Əlavələr və dəyişikliklər edilmiş sənədlərin tam mətni QKDK-nin www.scs.gov.az ünvanlı İnternet saytında yerləşdirilmişdir.