Qızıl medal qazanan Azərbaycan gimnastı: Uğurumuza görə məşqçilərimizə borcluyuq

Bakı, 9 aprel, AZƏRTAC
Portuqaliyaya qızıl medal qazanmaq üçün getmişdik. Məqsədimiz sırf birinci yeri tutmaq idi. İstəyimizə çatdığımız üçün xoşbəxtəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri Heydər Əliyev Beynəlxalq Aeroportundakı qarşılanma mərasimində Portuqaliyanın Qimarayeş şəhərində keçirilən Avropa çempionatında sinxron proqramda qızıl medal qazanan Azərbaycan gimnastı Əli Niftəliyev jurnalistlərə açıqlamasında deyib.
İdmançı göstərdiyi nəticəyə görə məşqçilər korpusuna təşəkkür edib: "Onlar olmasa idi, biz bu uğuru əldə edə bilməzdik. Hətta deyərdim ki, mükafat belə qazana bilməzdik. Uğurumuzu görə onlara borcluyuq".
Qeyd edək ki, Əli Niftəliyev və Ammar Baxşaliyev (batut gimnastikası) sinxron proqramda birinci yeri tutublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.04.2025 [18:50]
Bu mövsüm Çempionlar Liqasında ən çox gəlir əldə edən klub açıqlanıb
- 17.04.2025 [17:03]
“Fənərbağça”nın çalışdırıcısı Avroliqada ilin ən yaxşı baş məşqçisi seçilib
- 17.04.2025 [16:45]
Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə start verilib
- 17.04.2025 [16:04]
“Mançester Siti” “Real Madrid”in qapıçısına “elçi” düşüb
- 17.04.2025 [15:44]
Azərbaycanlı voleybol hakimi: Biz dünya səviyyəli referilərdən geri qalmırıq
- 17.04.2025 [15:10]
“Liverpul” aparıcı futbolçusu ilə yeni müqavilə imzalayıb
- 17.04.2025 [14:52]