Qohumunu qəsdən öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib
Bakı, 9 oktyabr, AZƏRTAC
Biləsuvar rayon sakini 1969-cu il təvəllüdlü Azad Almasovun öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda iyunun 10-da başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Biləsuvar Rayon Prokurorluğundan AZƏRTAC-a bildiriblər ki, istintaqla 1991-ci il təvəllüdlü Elşən Şəbiyevin iyunun 8-də Biləsuvar rayonu ərazisində aralarında yaranmış mübahisə zamanı qayınatası Azad Almasova bıçaqla xəsarətlər yetirməsi və sonuncunun həmin xəsarətlərdən 2 gün sonra müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Elşən Şəbiyevə Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 (xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla qəsdən adam öldürmə) və digər maddələri ilə yekun ittiham elan edilərək barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [17:36]
AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər
- 02.10.2026 [17:28]
“Azərbaycan hərb tarixi” dərsliyi çapdan çıxıb
- 02.10.2026 [16:52]
Tələbələr arasında antinarkotik təbliğatı gücləndirilir
- 02.10.2026 [16:33]