QOŞUNLARIN TƏMAS XƏTTİNDƏ MONİTORİNQ KEÇİRİLƏCƏK
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyunun 28-də Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçiriləcəkdir.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus və Harri Eronen keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində - Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisində isə bu işi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle, Günter Folk və Piter Ki icra edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [17:33]
QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var
- 13.10.2026 [16:47]
QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir
- 13.10.2026 [16:44]
Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb
- 13.10.2026 [14:02]