Qubada ticarət mərkəzi yanıb
Quba, 27 iyun, Elxan Yusifli, AZƏRTAC
İyunun 27-də Quba şəhərindəki ticarət mərkəzində yanğın baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin Molla Pənah Vaqif küçəsində yerləşən iri ticarət mərkəzinin anbarından başlayıb.
Hadisə yerinə Quba Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Qısa müddətdə yanğın söndürülərək, ətraf ərazilərə yayılmasının qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.